Азярбайжан Республикасы Тящсил Назирлийи


Hamar  (aqronulyar)  endoplazmatik  şəbəkə



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə50/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   46   47   48   49   50   51   52   53   ...   126
Hamar  (aqronulyar)  endoplazmatik  şəbəkə  – 
onun  ribosomlardan  məhrum  olan  hissəsidir.  Lakin 
hamar endoplazmatik şəbəkə ilə dənəvər endoplazmatik 
şəbəkə  arasında  kəskin  sərhəd  qoymaq  mümkün  deyil. 
Belə  ki,  endoplazmatik  şəbəkə  böyüdükcə    onun 
dənəvər  sahələri,  hamar  sahələrə  çevrilə  bilir,  digər 
tərəfdən  bəzən  dənəvər  endoplazmatik  şəbəkənin  
ribosomları  itir  və  o  hamar  endoplazmatik  şəbəkə 
kanallarına çevrilir. 
Hətta    tədqiqatlarla    müəyyən  edilmişdir  ki, 
inkişafın  mərhələlərindən    asılı  olaraq  dənəvər 
endoplazmatik  şəbəkə,  hamar  endoplazmatik  şəbəkəyə 
çevrilə bilir. Bu cəhətdən dənəvər endoplazmatik şəbəkə 
ilkin,  hamar  endoplazmatik  şəbəkə  isə  sonradan 
yaranma  kimi  qəbul  edilməlidir.  Məsələn,  siçanların 
qaraciyərlərində  anadan  olmazdan  əvvəl  dənəvər 
endoplazmatik  şəbəkə  kanalları  olur,  anadan  olandan 


 
135 
sonra  isə  hamar  endoplazmazmatik  şəbəkə  kanalları 
müşahidə  edilir.  Bir  sıra  biokimyəvi,  morfoloji, 
avtoradioqrafiya  tədqiqat  işləri  isbat  edir  ki,  dənəvər 
endoplazmatik  şəbəkə  böyüyür,  həcmi  artır  və  ya 
ribosomlarını  itirir  və  hamar  endoplazmatik  şəbəkəyə 
çevrilir. 
Mənşəcə  eyni,  topoqrafik  cəhətdən  oxşar 
olmalarına    baxmayaraq  funksional  cəhətdən  hamar 
endoplazmatik 
şəbəkə, 
dənəvər 
endoplazmatik 
şəbəkədən fərqlənir. 
Hamar  endoplazmatik  şəbəkəyə  steroid  təbiətli 
maddələrin  sintez  olunduğu  hüceyrələrdə  məsələn, 
böyrəküstü  vəzinin  qabıq  hüceyrələrində,  toxumluğun 
interstisial  hüceyrələrində,  piy  vəziləri  hüceyrələrində 
və s. daha çox rast gəlinir  
Hamar  endoplazmatik  şəbəkə  topoqrafik  cəhətdən 
qlikogen  toplanan  sahə  ilə  də  sıx  əlaqədə  olur  ki,  bu 
cəhət  də  onun  karbohidrat  mübadiləsindəki  rolunu 
göstərir. Qaraciyər hüceyrələrində, əzələ hüceyrələrində  
qlikogen  endoplazmatik  şəbəkənin  hamar  hissəsində 
toplanır. 
Aclıq  çəkmiş  hüceyrələrdə    qlikogen  istifadə 
olunandan  sonra,  eləcə  də  artıq  qlikogen  toplananda 
hüceyrələrin 
hamar 
endoplazmatik 
şəbəkəsinin 
kanallarının  genişlənməsi  bəzi  patoloji  proseslərlə 
əlaqədar  olur.  Belə  ki,  zəhərlənmələr  zamanı,  bəzi 
zəhərli  və  konsorogen  maddələrin  təsiri,  yüksək  dozalı 
hormonol  preparatların  təsiri  zamanı  və  s.  qaraciyər 
hüceyrələri,  onlara  xas  olan  sitoplazmanın  bazofil 
xüsusiyyətini itirirlər .                  
 


 
136 
Bu  onu  göstərir  ki,  bu  maddələrin  təsirindən 
sitoplazmada RNT miqdarı kəskin aşağı düşür. Odur ki, 
sitoplazmada  oksifil zonalar müşahidə edilir. 
Elektron  mikroskopunda  bu  zonalarda  hamar 
endoplazmatik 
şəbəkənin  kanallarının  toplanması 
müşahidə  edilir.  Bu  onunla  əlaqədardır  ki,  həmin 
sahələrdə  zərərli  maddələrin    deqretasiyası  prosesləri, 
metobolik  dezaktivasiya    prosesləri  gedir  ki,  həmin 
proseslər də bir sıra oksidləşdirici fermentlərin  iştirakı 
ilə  həyata  keçir.  Beləliklə,  qaraciyərin  funksiyasına  aid 
olan  orqanizmin    detoksikasiyası    prosesi  hamar 
endoplazmatik şəbəkənin iştirakı ilə gedir. 
Eninəzolaqlı 
əzələdə 
hamar 
endoplazmatik 
şəbəkənin  kanalları  və  vakuolları  (sarkoplazmatik 
retikulum)  hər  bir  miofibrili  əhatə  edir.  Burada  onlar 
xüsusi  funksiya  ifa  edirlər.  ATF-nin  iştirakı  ilə  həmin 
kanallar kalsium  ionlarını toplayır və odur ki, bu da öz 
növbəsində  əzələ hüceyrəsinin açılmasını təmin edir.  
Ali  bitkilərdə  hamar  endoplazmatik  şəbəkə 
terpenlərin,  steroidlərin,  lipidlərin  sintez  olunduğu 
toxuma hüceyrələrində rast gəlinir. Çox vaxt  bitkilərdə 
hamar  endoplazmatik    şəbəkə    kanalları  hüceyrənin 
polisaxarid qılafına  yaxın mövqedə rast gəlinir ki, bu da 
onun karbohidrat  mübadiləsindəki roluna əyani dəlildir. 
Beləliklə,  hamar  endoplazmatik  şəbəkə  triqliseridlərin, 
steroidlərin, qlikogenin, lipidlərin sintezində iştirak edir, 
orqanizmin  detoksikasiyasını,  ion  mübadiləsini  təmin 
edir. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin