HOLCİ KOMPLEKSİ
Holci kompleksi ilk dəfə 1898- ci ildə İtalyan
alimi Kamilla Holci tərəfindən heyvanların sinir
hüceyrələrində aşkar edilmişdir. Uzun müddət bu
orqanoidin ancaq heyvanlara aid olması fikirləri hökm
sürürdü. Lakin elektron mikroskopu kəşf olunandan
sonra məlum oldu ki, Holci kompleksi bitki
hüceyrələrində də vardır.
İşıq mikroskopunda Holci kompleksi mürəkkəb tor
şəklində hüceyrənin sitoplazmasında, nüvə ətrafında,
nüvənin altında bəzən nüvənin üstündə müşahidə edilir.
Bitkilərin və ibtidailərin hüceyrələrində Holci
kompleksi oraqvari və ya çubuqvari formalı ayrı-ayrı
cisimciklərdən ibarətdir. Formasının müxtəlifliyinə
baxmayaraq bu orqanoidin elektron mikroskopik
quruluşu
bitki
və
heyvan
orqanizmlərinin
hüceyrələrində eynidir.
Elektron mikroskopunda Holci kompleksinin
membran strukturundan ibarət olması aydın görünür.
Həmin membranlar kiçik sahələrdə toplanaraq
diktiosomları əmələ gətirirlər. Diktiosomları 20-25 nm
məsafədə topalar şəklində yastı membranlardan əmələ
gəlmiş torbalar və ya çənlər təşkil edir ki, onların da
145
arasında nazik hialoplazma yerləşir. Mərkəzə doğru
membranlar bir-birinə yaxın, kənara doğru isə bir-
birindən
nisbətən
aralı
yerləşirlər.
Diktiosom
sahələrində proksimal və distal uclar ayırd edilir. Sekret
sintez edən hüceyrələrdə Holci kompleksinin proksimal
hissəsi sitoplazma və nüvəyə, distal hissəsi isə
hüceyrənin kənarına doğru yönəlmiş olur. Proksimal
sahə kiçik, distal sahə isə iri çənlər və vakuollardan
təşkil olunmuşdur. Proksimal və distal sahələr
membranların qalınlığına görə də fərqlənir. Proksimal
sahədə membranların qalınlığı 6-7 nm, distal sahədə isə
10 nm-a bərabərdir. Hüceyrədə ayrı- ayrı diktisomlar
vakuollar və çənlər sistemi ilə bir-birinə birləşərək
Holci aparatının üç ölçülü retukulyar kompleksini əmələ
gətirir.
Holci
kompleksinin
membran
elementləri
endoplazmatik şəbəkədə sintez olunan məhsulların
seqreqasiyasında və toplanmasında, onların kimyəvi
jəhətjə dəyişilməsində, yetişməsində iştirak edir.
Həmçinin Holci kompleksində polisaxaridlər sintez
olunub, zülallarla birləşərək mukoproteidlər əmələ
gətirir. Ən əsası isə Holci kompleksinin elementlərinin
iştirakı ilə hüceyrədə hazırlanan sekretlər hüceyrədən
çıxarılır. Bütün bunlardan başqa o, hüceyrədə
lizosomların yaranmasını təmin edir (şəkil 40).
|