Hüceyrə strukturları, onların fermentləri və
funksiyaları
Cədvəl 5
Hüceyrə
komponenti
Hansı
hüceyrələrdə
olur
Ferment tərkibi
Funksional rolu
Nüvə
Bütün eukariot
hüceyrələrdə
Qlikoliz
fermentləri.
DNT və m-
RNT-nin
sintezində iştirak
edən fermentlər
DNT və RNT-nin
sintezi
Mitoxondrilər
Bütün eukariot
hüceyrələrdə
Krebs tsiklinin
fermentləri
elektron
nəqliyyat
dövriyyəsinin
fermentləri
Oksidləşmə,
fosforlaşma
elektronların
tənəffüs zəncirinə
ötürülməsi, amin
turşuları və yağ
turşularının
parçalanması
amin turşuları və
yağ turşularının
sintezi
Endoplazmatik
şəbəkə
Bütün eukariot
hüceyrələrdə
Qlükoza – 6 –
fosfat sitoxrom
dehidrogenaza
reduktaza,
detoksikasiya,
steroid
hormonların
mübadiləsində
Lipidlərin,
streoid
hormonlarının
mübadiləsində,
detoksikasiyada
maddələrin fəal
keçiriciliyi
qlikogenin sintezi
127
iştirak edən
fermentlər
Ribosomlar
Bütün
hüceyrələrdə
Ferment sistemi
rast gəlmir
Zülal sintezi
Sitoplazma
matriksi
Bütün
hüceyrələrdə
Qlükoliz və
pentoza fosfat
tsiklində iştirak
edən fermentlər
Karbohidratların
natamam
parçalanması
lizosomlar
əksər
hüceyrələrdə
Hidrolazalar
Zülalların,
nuklein
turşularının
(DNT və RNT)
karbohidratlar və
onların
məhsullarının
parçalanması
Holci
kompleksi
Bütün
hüceyrələrdə
Tiamin
pirofosfotaza,
lipidlərin və
karbohidratların
sintezində iştirak
edən fermentlər
Polisaxaridlərin,
mukoproteidlərin,
lipidlərin sintezi,
endoplazmatik
şəbəkədə sintez
olan maddələrin
transformasiyası,
seqreqasiyası
Kirpiklər və
sentriollar
Əksər heyvan
hüceyrələrində
ATF-i
parçalayan
fermentlər, asetil
xolin estefaza,
elektronları
daşıyan və
qlikolitik
fermentlər
hərəkət,
qıcıqlanma,
bölünmə
128
Sinaptik
qovuqcuqlar
Sinir və qıcıq
hiss edən
hüceyrələrdə
İmpulsların
ötürülməsi
Hüceyrə
membranı
Bütün
hüceyrələrdə
Fəal keçiriciliklə
əlaqədar olan
fermentlər
Maddələrin
hüceyrələrə və
hüceyrələrdən
kənara ötürülməsi
Nüvə
membranı
Bütün eukariot
hüceyrələrdə
ATF-aza
RNT - aza
Nüvədən
sitoplazmaya və
əksinə
maddələrin
keçiriciliyi, RNT-
nin splaysinqi.
Quruluşuna görə orqanoidləri 2 qrupa bölmək
olar.
1.
Membranlı orqanoidlər.
2.
Membransız orqanoidlər.
Eyni
zamanda
sitoplazmanın
membran
strukturlarını iki qrupa bölmək olar:
1.
Birqatlı membranlı;
2.
İkiqat membranlı stukturlar.
Birqat membranlı strukturlar vakuolyar sistemdir.
Ona endoplazmatik retikulum, bu retikulumdan əmələ
gələn müxtəlif vakuollar, bundan başqa Holci aparatı,
lizosomlar daxildir. Vakuolyar membran sistemi birqat
membranla sitoplazmadan ayrılır.
İkinci qrup membranlı strukturlara iki qatlı
membrana malik olan orqanoidlər-mitoxondrilər,
plastidlər aiddir. Bu orqanoidlərin membranları qapalı
sistem əmələ gətirir, bir-birinə keçmirlər. Bu cəhətdən
129
onlar nüvə membranından fərqlənir. Belə ki, nüvənin
xarici membranı endoplazmatik şəbəkəyə keçərək
sitoplazmaya çıxır. Vakuolyar sistemə morfoloji və
funksional cəhətdən müxtəlif kompanentlər daxil
olmasına baxmayaraq onlar vahid bir sistemi təşkil
edirlər. Onların hər bir kompanenti ayrı-ayrı vəzifələri
yerinə yetirsələr də o vəzifələr biri digərini
tamamlayır.
Bundan başqa membran quruluşuna malik
olmayan orqanoidləri də fibrilyar və qranulyar
xüsusiyyətlərinə görə iki yerə ayırmaq olar. Fibrilyar
tip orqanoidlərə: mikroborucuqlar, mikrofilamentlər,
aralıq filamentlər, miofibrillər, sentriollar, kirpik və
qamçılar, qranulyar tip orqanoidlərə isə ribosomlar,
polisomlar aiddir.
ÜMUMİ TƏYİNATLI ORQANOİDLƏR
ENDOPLAZMATİK ŞƏBƏKƏ
Bu orqanoidin kəşfi elektron mikroskopunun kəşfi
ilə əlaqədardır. 1945-ci ildə Porter öz əməkdaşları ilə
birlikdə
cücələrin
fibroblastlarını
elektron
mikroskopunda öyrənərkən müşahidə etdilər ki,
sitoplazmanın endoplazma hissəsində bir çox kanallar,
vakuollar birləşərək seyrək top (retikulum) əmələ
gətirmişlər. Eləcə də bu vakuol və kanalların
divarlarının nazik membranla örtülü olması aydın
görünürdü . Beləliklə, hüceyrədə endoplazmatik şəbəkə
olması kəşf edildi. Sonralar 1950-ci ildə ultranazik
130
kəsiklər almaq metodikası müəyyənləşəndə bu
orqanoid daha dərindən öyrənildi, onun strukturu aşkar
edildi. Məlum oldu ki, bütün eukariotlarda
endoplazmatik şəbəkə vardır. Endoplazmatik şəbəkə
quruluşuna görə 2 cür olur: qranulyar (dənəvər) və
aqrannulyar (dənəsiz) endoplazmatik şəbəkə.
Dənəvər endoplazmatik şəbəkə mürəkkəb kanallar
və boşluqlar sistemidir ki, bir-biri ilə birləşərək
şaxələnən şəbəkə əmələ gətirirlər (Şəkil 35). Bu
kanallar və şəbəkələrin eni hüceyrənin funksional
fəallığından asılı olaraq çox dəyişkən olur, lakin ən azı
20nm, ən çoxu isə bir neçə mm-ə bərabər olur. Belə
endoplazmatik şəbəkəni fərqləndirən cəhət odur ki, o
hialoplazma tərəfdən diametri 20 nm olan çoxlu kiçik
dənələrlə (qranulalarla) örtülü olur. Bu qranulalar ilk
dəfə C. Palad tərəfindən təsvir edilmişdir (Palad
qranulaları). O göstərmişdir ki, həmin qranulalar
ribonukleoproteid təbiətlidir. Hazırda məlumdur ki, o
qranulalar endoplazmatik şəbəkənin membranı ilə
əlaqədə olan ribosomlardan başqa bir şey deyildir.
Membrandakı ribosomlar polisomlar təşkil edirlər (bir
çox ribosomlar bir məlumat RNT-si ilə birləşir).
Qranulyar endoplazmatik şəbəkə hamar endoplazmatik
şəbəkədən fərqli olaraq hüceyrədə ya müxtəlif
membranlar, ya da bu membranların lokal toplusundan
(eqrastoplazma) ibarət olur . Birinci tip endoplazmatik
şəbəkə differensasiyaya uğramış hüceyrələrdə və ya
metobolik proseslər zəif olan hüceyrələrdə,
eqrostplazma isə şiddətli sekretor zülal sintez edən
131
hüceyrələrdə rast gəlinir. Məsələn, qaraciyər
hüceyrələrində eqrostoplazma hüceyrənin müəyyən
zonasında toplanır (Berq cisimciyi). O, sinir
hüceyrələrində, həmçinin müəyyən zonada (pələngvari
maddə) toplanır. Mədəaltı vəzi hüceyrələrində bazal və
nüvə ətrafı zonanı tutur və s.
Endoplazmatik şəbəkə üzərində polisomların olması,
onun zülal sintezində böyük rolu olmasını göstərir. Bəzi
hüceyrələrdə ribosomlar bilavasitə endoplazmatik
şəbəkə ilə əlaqədar olmayıb bilavasitə sitoplazmada
yerləşir. Məsələn, rüşeym hüceyrələri differensasiya
etməyən hüceyrələr, çox tez-tez bölünən xərçəng
şişləri hüceyrələri və s. Fəal zülal sintez edən
hüceyrələr, bölünməyən hüceyrələr, ixtisaslaşmış
hüceyrələrdə isə ribosomlar endoplazmatik şəbəkənin
membranı üzərində yerləşir.
Tədqiqat nəticəsində məlum olmuşdur ki,
hüceyrələrdə bütün zülal sintezi endoplazmatik şəbəkə
ilə əlaqədə olmayıb, onun bir hissəsi bilavasitə
sitoplazmanın özündə gedir. Məlum olmuşdur ki,
şiddətli zülal sintez edən, differensasiyaya uğramış
hüceyrələr, fəal böyüyən hüceyrələr çox bazofil olurlar
(qələvi təbiətli rəngləyijilərlə rənglənirlər). Bu cür
bazofil sitoplazmanın RNT-nin çox hissəsi ribosom
RNT-dir. Demək sitoplazmanın bazofilliyi onun
ribosomla zənginliyi ilə əlaqədardır. Bu isə o deməkdir
ki, bir sıra hüceyrələrdə (rüşeym hüceyrələri, şiş
hüceyrələri, regenerasiyaya uğrayan toxumaların
hüceyrələri və s.) zülal sintezi bilavasitə sitoplazmanın
özündə onun hialoplazma hissəsində gedir. Digər
132
tərəfdən ixtisaslaşmış, differensasiyaya uğramış, lakin
fəal zülal sintez edən hüceyrələrin (sinir hüceyrələri,
mədəaltı vəzi hüceyrələri, süd vəziləri hüceyrələri,
plazmosidlər və s.) hialoplazmasında sərbəst ribosom
azdır,onlar əsasən endoplazmatik şəbəkə üzərində
yerləşirlər.
Bu tədqiqatlardan belə məlum olur ki,
hialoplazmada yerləşən ribosomların sintez etdiyi zülal
həmin hüceyrənin öz ehtiyacını ödəyir. Endoplazmatik
şəbəkənin üzərindəki ribosomların sintez etdiyi zülal isə
hüceyrələrdən çıxarılır və digər hüceyrələrin həyat
fəaliyyəti proseslərində iştirak edir. Məsələn, mədəaltı
vəzinin asinus hüceyrələri zülal təbiətli fermentlər
(proteinazalar, lipazalar, nukleaazalar və s.) sintez
edirlər. Onlar isə müxtəlif qida maddələrinin həzmində
iştirak edirlər (qaraciyər hüceyrələri-qan albumini,
plazmositlər-qlobulin, süd vəzi hüceyrələri-kozein,
tüpürcək vəzi hüceyrələri-ptialin, amilaza, RNT-aza və
s. sintez edirlər). Maraqlı cəhət odur ki, bitki
hüceyrələrində də biz həmin xüsusiyyətə rast gəlirik.
Lakin buna baxmayaraq qranulyar endoplazmatik
şəbəkənin ribosomları hüceyrədaxili həzm (faqositoz)
üçün lazım olan fermentlərin də sintezində iştirak
edirlər.
Bir çox tədqiqatlar göstərmişdir ki, qranulyar
endoplazmatik şəbəkənin sintez etdiyi fermentlər həmin
hüceyrənin özünün maddələr mübadiləsində nəinki
iştirak etmir, hətta çox halda həmin hüceyrə üçün
lazımsız və bəzən zərərli olur. Məsələn, süd vəzilərində
133
sintez edilən kozein onun inkişafı və böyüməsi üçün heç
lazım deyil.
Həzm traktı hüceyrələrində çox miqdarda hidrolitik
fermentlər
sintez
olunur
ki,
onlar
bioloji
makromolekulları parçalayır. Əgər belə fermentlər
hüceyrə hialoplazmasında qalsa, onlar hüceyrənin özünü
həll edə bilərlər (avtoliz) ki, o da hüceyrənin məhvinə
səbəb olar. Bu cür fermentlər hüceyrədən çıxarıldıqdan
(seqreqrasiya)
sonra
qapalı
membran
sistemli
komponentlərdə toplanırlar. Buradan belə nəticə çıxır
ki, qranulyar endoplazmatik şəbəkənin rolu təkcə onun
membrandakı ribosomlarla zülal sintez etməklə bitmir,
o həm də seqreqrasiya prosesində iştirak edir, sintez
olunmuş zülalları toplayıb hüceyrənin özünün
funksiyalarını idarə edən zülallardan ayıraraq, təcrid
etmək və s. vəzifələri yerinə yetirir. Qranulyar
endoplazmatik şəbəkənin bu funksiyasının hüceyrə
həyatında çox böyük əhəmiyyəti var. Çünki o həmin
fermentlərin Holci kompleksi vakuolları vasitəsilə
hüceyrədən kənar edilməsində bir sıra proseslərlə
əlaqədar olaraq fəaliyyət göstərir. Bu prosesdə mütləq
ATF enerjisindən istifadə edilir.
Bundan başqa qranulyar endoplazmatik şəbəkədə
zülalların modifikasiyası, onların şəkərlərlə birləşməsi,
kondensasiyalaşması, iri qranulyar əmələ gətirməsi
prosesləri də gedir. Beləliklə, qranulyar endoplazmatik
şəbəkə hüceyrədən çıxarılan zülalların sintezində,
onların
hüceyrələrin
öz
zülallarından
ayrılıb
çıxarılmasında,
həmin
zülalların
daşınmasında,
modifikasiyasında, lokal kondensasiyasında iştirak edir.
134
Prokariot hüceyrələrdə endoplazmatik şəbəkə
yoxdur. Lakin bir çox bakteriyalar sintez etdiyi
fermentləri xarici mühitə çıxarırlar. Görünür bu
fermentlərin
hüceyrədən
çıxarılması
xüsusi
hüceyrədaxili vakuol sistemi ilə əlaqədar deyil, lakin
ona oxşardır. Belə ki, bir çox tədqiqatlarla isbat
edilmişdir ki, bakteriyalarda ribosomların bir hissəsi
plazmatik membranla əlaqədardır. Hüceyrədən kənar
edilən
fermentlər
həmin
membran
üzərindəki
ribosomlarda sintez olunur. Membranla əlaqədar
olmayan hialoplazmadakı ribosomlar isə bakteriya
hüceyrəsinin özünə lazım olan zülalların sintezində
iştirak edir.
Dostları ilə paylaş: |