Sferosomlar – birqatlı membranla örtülən və bitki
hüceyrələrində rast gəlinən bu kiçik vakuollar yüksək
işıq sındırma əmsalına malik olduğu içün işıq
mikroskoplarında asanlıqla müşahidə olunurlar.
Sferosomlar
endoplazmatik
şəbəkənin
elementlərindən formalaşırlar.
Onların böyüməsi və tərkibinin yenidən qurulması
onlarda yağların toplanması ilə bağlıdır. Sonradan isə
tədricən sferosomlar yağ qatlarına çevrilirlər.
Bütün tədqiq edilən sferosomların tərkibində
yağlardan başqa zülallar və lipaza fermenti müşahidə
edilmişdir.