165
üçün lazım olan bütün komponentləri, mitoxondrial
DNT, müxtəlif RNT-lər, ribosomlar və transkripsiya
və translyasiya prosesində iştirak edən müxtəlif
fermentlər və zülal faktorlara vardır. Mitoxondrilərin
zülal sintezi maşınının işləmə prinsipi, o cümlədən
transkripsiya və translyasiya və genetik informasiyanın
replikasiyası bakterial sistemlərə bənzəyir. Mitoxondrial
DNT 40-a qədər genə malik olur. Məsələn, insanın
mitoxondrial DNT-si 37 genə malikdir, onlardan 13-ü
zülal kodlaşdıran m-RNT genləri, 22-i t-RNT genləri və
iki r-RNT (23S və 16S rRNT) genləridir. Mitoxondrial
DNT bakterial DNT kimi qapalı həlqəvi quruluşa
malikdir.
Mitoxondrilərdə
adətən
mürəkkəb
mitoxondrial zülalların bəzi subvahidləri kodlaşdırılır və
sintez olunur.
Bəzi hallarda mitoxondri DNT-sində baş verən
mutasiyalar nəticəsində mitoxondrial xəstəlik adlanan
patoloji hallar yaranır ki, bunlar geniş və ağır
simptomatika ilə müşaiət olunur.
Dostları ilə paylaş: