171
Leykoplastlar-mikroskopik, kürə şəkilli, rəngsiz
plastidlərdir. Onlar bitkinin rəngsiz hissələrində
toplanır. Belə ki, kökdə, kök yumrularında, gövdənin
şəkildəyişmiş formalarında kökümsov gövdə yumrusu
və soğanaqlarda, ağacların gövdəsində leykoplastlara
rast gəlmək olar. Kartof yumrularındakı amiloplastlar
leykoplastlara tipik misaldır. Amiloplastlarda mono və
disaxaridlərdən nişastanın ikinci sintezi gedir.
Bitkilərin rüşeym hüceyrələrindəki proplastidlərin
forması, ölçüsü, rənginin dəyişməsindən digər
plastidlər formalaşır. Əksər bitkilərdə plastidlər ana
xətti ilə nəslə ötürülür.
Dostları ilə paylaş: