Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə61/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   57   58   59   60   61   62   63   64   ...   126
Xloroplastlar-  əksər  bitki  hüceyrələrində  diametri 
4-6  mkm,  bəzən  isə  daha  böyük  ölçüdə  olur  (şəkil  44). 
Mikroskopik  oval  formalı,  yaşıl  rəngli  iki  membranlı 
quruluşa  malik  olan  xloroplastların  sayı  15-50  yə  çata 
bilər. 


 
167 
 
Şəkil 44. Xloroplast 
 
Elektron  mikroskopu  ilə  aparılan  tədqiqatlar 
göstərmişdir ki, iki membranlı xloroplastların membranı 
hamar,  daxili  membranı  isə  qırışıq  quruluşa  malikdir. 
Bu quruluşun yaranmasına səbəb qranlar və onların disk 
şəkilli  yığınlarından  olan  tilakoidlərdir.  Tilakoidlər  isə 
bir-birinə lamellalar vasitəsilə birləşir. Xloroplastlardakı 
piqmentlər  həm  qranlarda  həm  də  lamellalarda 
toplanmışdır.  Fotosistem  II  bütün  piqment  sistemi  ilə 
tilakoid membranlarında, fotosistem I isə əsasən lamella 
membranlarında  yerləşir.  Onlar  isə    xloroplastların 
stromasında  yerləşir.  İşıq  kvantlarının  udulmasından 
başlayaraq  enerjinin  çevrilməsinə  qədərki  proseslər 
xloroplastlarda-tilakoid 
membranında  (fotokimyəvi 
proseslər),  biokimyəvi  reaksiyalar  isə  matriksdə  və  ya 


 
168 
xloroplastların 
stromasında 
həyata 
keçirilir. 
Xloroplastların  matriksində  lipid  və  xinon  təbiətli 
qlobulalara  rast  gəlinir.  Bundan  başqa  matriksdə    ilkin 
nişasta  dənəcikləri    də  olur.  Adətən  xloroplastlar 
uzunsov  formalı  olub,  eni  2-4  mkm,  uzunu  isə  5-10 
mkm  olur.  Yaşıl  yosunlarda  nəhəng  xloroplastlar  olur 
(xromotoforlar,  onların  uzunluğu  50  mkm-ə  çatır). 
Plastidlərin  miqdarı  müxtəlif  bitkilərdə    müxtəlif  olur. 
Məsələn:yaşıl  yosunlarda  hər  hüceyrədə  bir  xloroplast 
olur. Ali bitkilərdə isə yuxarıda qeyd etdiyimiz kimi 15-
50  xloroplast  olur.  Elə  hüceyrə  var  ki,orada 
xloroplastlar  daha  çox  olur.  Məsələn:  tütünün  polisad 
toxuma  hüceyrələrində  1000-ə  qədər  xloroplast  olur. 
Yetkin  xloroplastlarda    iki  cür  daxili  membran  olur. 
Bunlardan    biri  stromanın    lamellalarinı  əmələ  gətirən 
yastı  membran,  ikincisi  isə  tilokoidlərin  membranıdır. 
Stromanın lamelləri yastı, torbacıqlar şəklində olub bir-
birinə  paralel    yerləşmişlər.  Membranlı  tilokoidlər  isə 
disk  şəkilli  qapalı  torbacıqlar  olub,  bir-birinin  üzərinə 
toplanması nəticəsində  qranlar əmələ gətirirlər. Hər bir 
qranda    bir  neçədən  50-yə  qədər  və  daha  çox  tilokoid 
ola  bilir.  Belə  tilokoidlər  toplusunun  ölçüsü  isə  0,5 
mkm-ə çata bilər. Qranlarda tilokoidlər elə yerləşmişlər 
ki,  onların  membranlarının  xarici  qatları  bir-birinə  sıx 
birləşir.  
Tilokoidlərin membranlarının birləşdiyi yerdə 2 nm 
qalınlığında  sıx  qat  yerləşir.  Qranlar  tərkibinə  qapalı 
tilokoidlərdən başqa lamellalar sahəsi də daxil ola bilər 


 
169 
ki,  onlarında  membranının  tilokoid  membranı  ilə 
təmasında  2  nm  qalınlığında  qat  yaranır.  Beləliklə, 
stromanın lamelləri xloroplastın ayrı-ayrı qranlarını bir-
birinə  birləşdirir.  Lakin  tilokoid  boşluqları  qapalı 
olduğundan  stroma    lamellərinin  membranarası  
sahəsinə  daxil  olmurlar.  Xloroplastların  stromasında  
DNT  və  ribosomlar  tapılmışdır.  Həmçinin  stromada  
ehtiyyat polisaxaridlər-nişasta toplanır. 
Xloroplastların əsas xüsusiyyəti  onların tərkibində 
yaşıl xlorofil piqmentinin olmasıdır ki, onun iştirakı ilə 
yaşıl  bitkilər  günəş  enerjisini  udaraq  onu  kimyəvi 
rabitələr  enerjisinə  çevirir.  Odur  ki,  plastidlər    də 
mitoxondrilər  kimi  kimyəvi  enerjinin  çevrilmə 
mərkəzidir.  
Xloroplastlar da mitoxondrilər kimi yarım avtonom 
orqanelladırlar.  Onların  da  öz  genetik  sistemi  və  zülal 
sintez  edən  maşını,  o  cümlədən  DNT,  RNT-lər, 
ribosomlar və  genetik informasiyanın eksperessiyesının 
bütün  mərhələləri  üçün  tələb  olunan  müxtəlif 
fermentləri  və  zülala  faktorları  vardır.  Əvəllər  belə 
hesab  edilirdi  ki,  xloroplast  DNT-si  bakteriyalarda  və 
mitioxondridə  olduğu  kimi  qapalı  həlqəvidir.  Amma, 
son  illərin  tədqiqatları  göstərdi  ki,  xloroplast  DNT-ləri 
xətti  şəkildə  olub  bir-biri  ilə  baş-ayaq  (head  to  tail) 
birləşərək böyük quruluş yaradırlar. Bir xloroplastda 50-
100 qədər DNT molekulu ola bilər. Xloroplastın genetik 
sistemi  müxtəlif  bitkilərdə  100-120  qədər  genləri 
kodlaşdırır. 
Xloroplastlarda 
transkripsiya 
və 
translyasiya  proseslərinin  gedişi  və  xloroplast 
ribosomlarının  quruluşu  bakterial  analoqlarına  çox 
oxşayırlar (yaxındırlar).  


 
170 
Xloroplastlar özləri isə etioplastlardan (solğun sarı 
rəngli) əmələ gəlirlər, yəni cücərti işəğa çıxdıqdan sonra 
onda  yaşıllaşma  baş  verir,  xlorofil  sintez  olunur  və 
xloroplastlar  əmələ  gəlir,  bu  prosesə  fotomorfogenez 
deyilir.  Fotomorfogenez  özü  bitkilərdə  zülal-piqment 
kompleksindən 
ibarət 
olan 
fotoreseptorlarla 
– 
fitoxromlar  və  kriptoxromlar  vasitəsi  ilə  induksiya 
olunur və tənzimlənir.  
 
Plastidlərin  digər    tipi  olan  xromoplastidlər  xloro 
və ya leykoplastlardan əmələ gəlirlər.  

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin