HÜCEYRƏ MƏRKƏZİ
Hüceyrə mərkəzi 1875-ci ildə R. Hertviq
tərəfindən dəniz kirpisinin rüşeyiminin bölünməsi
öyrənilərkən kəşf edilmişdir. Hüceyrə mərkəzi
çoxhüceyrəli heyvanların bütün hüceyrələrində, ibtidai
orqanizmlərdə və bəzi bitki hüceyrələrində müşahidə
olunur. O, işıq mikroskopunda yaxşı görünür. Hüceyrə
mərkəzinin tərkibinə bir-birinə sentrodesmos adlanan
protoplazmatik saplar vasitəsilə birləşmiş iki sentriol
daxildir. Sentriollar ya bilavasitə sitoplazmada ya da
sentrosom adlanan kürəşəkilli törəmənin mərkəzində
yerləşir. Hüceyrə mərkəzinin bu şəkilli quruluşu əsasən
bölünməyən hüceyrələr üçün xarakterikdir. Hüceyrə
bölünməsi zamanı sentrosomun ətrafında əmələ gələn
xüsusi şüalardan ibarət sahə-astrosfer onun quruluşunu
172
bir qədər mürəkkəbləşdirə bilər.Bu şüalar fibrilyar
saplardan ibarət olub qidalı sahəni əmələ gətirir.
Sentriolların incə quruluşunu işıq mikroskopu
vasitəsilə
öyrənmək
mümkün
deyil.
Elektron
mikroskopu ilə aparılan tədqiqatlarla müəyyən
edilmişdir ki, interfaza zamanı hüceyrə mərkəzi iki boş
silindir formalı cisimcikdən ibarətdir (diametrin 0,2
mkm-ə qədər, uzunluğu isə 0,5 mkm-ə qədər). Bu
cisimciklər sentriollar adlanır. Onlar diplosom əmələ
gətirirlər (şəkil 45).
|