Polyarizasiya mikroskopları – polyarizasiya
mikroskopları hüceyrədə iki qat işıq sındırma
qabiliyyətinə malik anizotrop quruluşları öyrənmək
üçün istifadə olunur. Məs: Mitotik aparatın iy tellərinin,
miofibrillərin quruluşunun öyrənilməsi üçün bu
mikroskoplardan istifadə edilir. Belə mikroskopların
kondensorunun qarşısında xüsusi qurğu-polyarizator
yerləşdirilir ki, həmin qurğu işıq şüasını polyarizasiya
müstəvisindən buraxır. Polyarizator və analizator island
şüşəsindən hazırlanmış prizmadır. Əgər ikinci prizmanı
– analizatoru birinciyə nisbətən 90
0
döndərsək işıq
ondan keçməyəcək. Bu cür çarpazlanmış prizmaların
arasında ikiqat işıq sındırma qabliyyətinə malik olan
(işıq polyarlaşdıran) obyekti qoyduqda o, qaranlıq görüş
dairəsində işıqlanaraq görünəcəkdir. Polyarizasiyalı
mikroskop vasitəsilə bitkilərin qlafında mitsellərin
səmtləşmiş mövqeyini aydın görmək mümkün olur.