Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə5/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   2   3   4   5   6   7   8   9   ...   126
İşıq  mikroskopları.  Müasir  işıq  mikroskopları 
hüceyrə  və  onun  komponentlərini  3600  dəfə  böyüdür 


 
12 
(şəkil  4).  Mikroskopun  böyütmə  imkanı  işıq  şüalarının 
görünən  spektrlərindən  istifadə  etməklə  onun  linzaları 
və mikroskopun obyektivinin aperturasından asılı olub, 
aşağıdakı düstur ilə müəyyən edilir: 
 


sin
61
,
0


n
a
 
 
- mikroskopun böyümə imkanı 

 - işıq dalğasının uzunluğu  
n –işıq sındırma əmsalı                              

-şüaların difraksiya bucağıdır. 
 
 
                
 
                    Şəkil 4.  Müasir işıq mikroskopu 
 
 
Məxrəcdə  göstərilən 

sin

n
-göstəricisi  hər  bir 
obyektiv  üçün  dəyişməz  rəqəm  olub,  apertura  rəqəmi 
adlanır.  Bu  rəqəm  hər  bir  mikroskopun  üzərində  qeyd 


 
13 
olunur. Apertura rəqəmi nə qədər çox olsa mikroskopun 
böyütmə imkanı o qədər çoxalır. Odur ki, mikroskopdan 
istifadə  etdikdə  onun  böyütmə  imkanını  artırmaq  olar. 
Bunun  üçün  obyektivin  apertura  rəqəmini  artırmaq  və 
işıq dalğasının uzunluğunu qısaltmaq lazımdır.  
 
Obyektivin  apertura  rəqəmini  artırmaq  üçün 
immersion  obyektivlərindən  istifadə  etməklə  tədqiq 
edilən  obyektlə  obyektiv  arasına  bir  damla  immersiya 
məhlulları-su (n = 1.33), qliserin (n = 1,45), kedr yağı 
(n = 1.55) əlavə olunur. 
Adi  obyektdən  istifadə  etdikdə  isə  obyektlə 
obyektiv  arasında  hava  olur  ki,  onun  da  işıq  sındırma 
əmsalı 
1

n
-dir. Beləlikə,  düsturda  məxrəcin  qiymətini 
artırmaqla kəsrin qiyməti azalır, deməli mikroskopun da 
böyütmə  imkanı  artır.  İşıq  dalğasının  uzunluğunu 
azaltmaqla  da  mikroskopun  böyütmə  dərəcəsini 
artırmaq olar. Bunun üçün isə işıq mənbəyi kimi dalğa 
uzunluğu  qısa  olan  (0,290  mkm)  ultrabənövşəyi 
şüalardan istifadə edilir. Lakin mikroskopların böyütmə 
imkanını  müəyyən  hüduda  qədər  artırmaq  olar.  Müasir 
mikroskoplarda  görünən  ən  kiçik  hissə  dalğa 
uzunluğunun 1/3 hissəsi ölçüsündə olur(Şəkil 5).  


 
14 
             
 
 
                        Şəkil 5. Müasir işıq mikroskopu 
 
(son modellərdən biri) 
 
Bu  o  deməkdir  ki,  dalğa  uzunluğu  0,400-0,750 
mkm  olan  görünən  işıqlardan  istifadə  etməklə  0,2-0,3 
mkm  ölçüsündə  obyekti  mikroskop  altında  görmək 
mümkündür.  Hazırda  işıq  mikroskoplarının  müxtəlif 
(BTM-1,  BTM-2,  BTM-3,  BTM-6  və  s.)  markaları 
mövcuddur.  Bu  mikroskoplarda  obyekt  görünən  işıqla 
işıqlanır.  Bu  mikroskoplardan  hüceyrənin  quruluşunu, 
morfologiyasını  öyrənmək  üçün  istifadə  olunur.  Lakin 
bu  mikroskoplarla  adətən  fiksə  edilmiş  hüceyrələr 
öyrənilir.  Mikroskopun  böyümə  dərəcəsini  artırmaqla 
heç  də  hüceyrədə  mövcud  olan  bütün  quruluş 
elementlərini  müşahidə  etmək  mümkün  deyil.  Ona 
görədə  fiziki və kimyəvi xüsusiyyətlərinə görə müxtəlif 
olan hüceyrələri öyrənmək üçün mikroskopiyanın  fərqli 
üsullarından istifadə olunur. 


 
15 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin