Adi gözlə çətin görünən və ya görünməyən obyektləri
müşahidə etmək üçün lupa və mikroskopların müxtəlif
növlərindən istifadə edilir.
Lupa — bir və ya bir neçə linzadan ibarət , nisbətən
çətin müşahidə olunan xırda əşyaların müşahidəsi üçün
nəzərdə tutulmuş sadə quruluşlu böyüdücü cihazdır.
İnsan fəaliyyətinin bir çox sahələrində
biologiya, tibb,
arxeologiya
, bank və zərgərlik işi, kriminalistika, saat və
radio elektron texnikasının təmiri zamanı istifadə
olunur.
Əl lupası – çərçivəyə taxılmış hər iki tərəfi qabarıq
linzadan ibarət xüsusi dəstəyi olan sadə böyüdücü
cihazdır (əşyanı 2-25 dəfəyə qədər böyüdə bilir). (Şəkil
1).