Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə4/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   2   3   4   5   6   7   8   9   ...   126
Ştativli lupa - əsasən stasionar şəraitdə işləmək üçün 
daha əlverişlidir ( əşyanı 10-25 dəfəyə qədər böyüdür). 


 

Əyri  səthlərin  bir  sıra  optik  xüsusiyyətlərə  malik 
olması  hələ  çox  qədim  zamanlardan  Evklid  (miladdan 
əvvəl  300-cü  il)  və  Ptolomeyə  (miladdan  əvvəl  127-
151-ci  illər)  də  məlum  idi.  Ancaq  mikroskopun  ixtirası 
XVI-XVII  əsrlərdə  optikanın  sürətli  inkişafından  sonra 
mümkün  oldu.  XVI  əsrdə  Leonardo  da  Vinçi  kiçik 
obyektləri  xüsusi  böyüdücünün  köməyi  ilə  daha  yaxşı 
görmək  mümkün  olması  ideyasını  irəli  sürdü.  İlk 
mikroskopu  isə  1590-cı  ildə  hollandiyalı  Zaxari 
Yansen  icad  etdi  (Şəkil  2).  Bu  cihaz  borunun  içərisinə 
yerləşdirilmiş iki linzadan ibarət idi. 
                   
         
 Şəkil 2. Zaxari Yansenin mikroskopu 
 Onlardan  biri  obyekti  böyüdür,  digəri  isə 
böyüdülmüş  obyekti  yenidən  böyüdürdü.  Zaxariya 
Yansenin  mikroskopu  3  dəfədən  10  dəfəyə  qədər 
böyütmək  qabiliyyətinə  malik  idi.  Ancaq  «Yanssen 
mikroskopu»nun  təkmilləşdirilməsində  Qalileo  Qaliley, 
Leonard  Eyler,  Ernst  Abbe  kimi  məşhur  alimlərin  də 
böyük  rolu  oldu.  1674-cü  ildə  isə  məşhur  ingilis  alimi 
Robert Huk (1635-1703) daha güclü bir mikroskop icad 
etdi (Şəkil 3). 
 


 
10 
                  
 
                                                                                
Şəkil 3. Robert Huk, ixtira etydiyi mikroskop.    


 
11 
                                                                                                                                                           
O,  öz  mikroskopu  ilə  mantar  kəsiyinə  baxanda 
onun  arı  pətəyinə  oxşar  ayrı-ayrı  gözcüklərdən  ibarət 
olduğunu gördü və Robert Huk bu gözcükləri “hüceyrə” 
adlandırdı.  Müasir  sitologiyada  hüceyrələri  hərtərəfli 
öyrənmək  üçün  müxtəlif    tədqiqat  üsullarından  istifadə 
edilir.  Hüceyrələri  və  onların  quruluş  komponentlərini 
öyrənmək 
üçün 
işıq, 
təzadlı, 
ultrabənövşəyi, 
polyarizasiya  və  eləcə  də  molekulyar  səviyyədə 
hüceyrələri  öyrənmək  üçün    elektron  mikroskopları  və 
rentgen struktur analiz üsullarından istifadə edilir. 
Elektron 
mikroskopları 
ilə 
submikroskopik  
quruluş vahidlərinin öyrənilməsi hüceyrə haqqında daha 
dəqiq məlumatların əldə olunmasına imkan verir. 
Hüceyrənin  əksər  quruluş  vahidləri-mitoxondrilər, 
plastidlər,  Holci  kompleksi,  nüvə,  nüvəciklər  və  s.  adi 
işıq mikrokopu ilə tədqiq edilir. Lakin hüceyrələrdə bir 
sıra  quruluş  vahidləri  var  ki,  onlar  ancaq  elektron 
mikrokopları  ilə  tədqiq  edilə  bilər.  Məs:  ribosomlar, 
membran, 
sinanoptik 
qovuqlar, 
miofilomentlər, 
xromosomların mikrofibriləri və s. 
Digər  tərəfdən  işıq  mikroskopunda  öyrənilməsi 
mümkün  olan  komponentlərin  özlərinin  daha  dəqiq 
öyrənilməsi  üçün  də  elektron  mikroskopları  tələb 
olunur.         

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin