İnterferensiya mikroskopları – interferensiya
mikroskopları da iş prinsiplərinə görə fazalı-təzadlı
mikroskoplara oxşayır. Belə ki, işıq mənbəyindən düşən
paralel işıq şüaları mikroskopa əlavə edilmiş xüsusi
qurğular vasitəsilə iki şaxəyə ayrılır. Şaxələrdən biri
obyektdən keçir və rəqs fazası dəyişilir, digər şaxə isə
obyektdən keçmədən obyektivə düşür. Mikroskopun
obyektinin prizmasında hər iki işıq şüası dəstəsi birləşir
və öz aralarında interferensiyaya uğrayır. İnterferensiya
nəticəsində qalınlığı və işıq sındırma əmsalı müxtəlif
olan hüceyrə komponentləri kontrastlığına görə bir-
birindən fərqlənərək rənglənir və tədqiq edilir.