Азярбайжан Республикасы Тящсил Назирлийи


Hüceyrə strukturları, onların fermentləri və



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə49/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   45   46   47   48   49   50   51   52   ...   126
Hüceyrə strukturları, onların fermentləri və 
funksiyaları 
Cədvəl 5 
Hüceyrə 
komponenti 
Hansı 
hüceyrələrdə 
olur 
Ferment tərkibi 
Funksional rolu 
Nüvə  
Bütün eukariot 
hüceyrələrdə 
Qlikoliz 
fermentləri. 
DNT və m- 
RNT-nin 
sintezində iştirak 
edən fermentlər 
DNT və RNT-nin 
sintezi 
Mitoxondrilər 
Bütün eukariot 
hüceyrələrdə 
Krebs tsiklinin 
fermentləri 
elektron 
nəqliyyat 
dövriyyəsinin 
fermentləri 
Oksidləşmə, 
fosforlaşma 
elektronların 
tənəffüs zəncirinə 
ötürülməsi, amin 
turşuları və yağ 
turşularının 
parçalanması 
amin turşuları və 
yağ turşularının 
sintezi  
Endoplazmatik 
şəbəkə 
Bütün eukariot 
hüceyrələrdə 
Qlükoza – 6 – 
fosfat sitoxrom 
dehidrogenaza 
reduktaza, 
detoksikasiya, 
steroid 
hormonların 
mübadiləsində 
Lipidlərin, 
streoid 
hormonlarının 
mübadiləsində, 
detoksikasiyada 
maddələrin fəal 
keçiriciliyi 
qlikogenin sintezi 


 
127 
iştirak edən 
fermentlər 
Ribosomlar 
Bütün 
hüceyrələrdə 
Ferment sistemi 
rast gəlmir 
Zülal sintezi 
Sitoplazma 
matriksi 
Bütün 
hüceyrələrdə 
Qlükoliz və 
pentoza fosfat 
tsiklində iştirak 
edən fermentlər 
Karbohidratların 
natamam 
parçalanması 
lizosomlar 
əksər  
hüceyrələrdə 
Hidrolazalar 
Zülalların, 
nuklein 
turşularının 
(DNT və RNT) 
karbohidratlar və 
onların 
məhsullarının 
parçalanması 
Holci 
kompleksi 
Bütün 
hüceyrələrdə 
Tiamin 
pirofosfotaza, 
lipidlərin və 
karbohidratların 
sintezində iştirak 
edən fermentlər 
Polisaxaridlərin, 
mukoproteidlərin, 
lipidlərin sintezi, 
endoplazmatik 
şəbəkədə sintez 
olan maddələrin 
transformasiyası, 
seqreqasiyası 
Kirpiklər və 
sentriollar 
Əksər heyvan 
hüceyrələrində 
ATF-i 
parçalayan 
fermentlər, asetil 
xolin estefaza, 
elektronları 
daşıyan və 
qlikolitik 
fermentlər 
hərəkət, 
qıcıqlanma, 
bölünmə 


 
128 
Sinaptik 
qovuqcuqlar 
Sinir və qıcıq 
hiss edən 
hüceyrələrdə   
 
İmpulsların 
ötürülməsi 
Hüceyrə 
membranı 
Bütün 
hüceyrələrdə 
Fəal keçiriciliklə 
əlaqədar olan 
fermentlər 
Maddələrin 
hüceyrələrə və 
hüceyrələrdən 
kənara ötürülməsi 
Nüvə 
membranı 
Bütün eukariot 
hüceyrələrdə 
ATF-aza 
RNT - aza 
Nüvədən 
sitoplazmaya və 
əksinə 
maddələrin 
keçiriciliyi, RNT-
nin splaysinqi.  
 
Quruluşuna  görə  orqanoidləri  2  qrupa  bölmək 
olar. 
1.
 
Membranlı orqanoidlər. 
2.
 
Membransız orqanoidlər. 
  Eyni 
zamanda 
sitoplazmanın 
membran 
strukturlarını iki qrupa bölmək olar: 
1.
 
Birqatlı membranlı; 
2.
 
 İkiqat membranlı stukturlar. 
Birqat membranlı strukturlar vakuolyar sistemdir. 
Ona  endoplazmatik  retikulum,  bu  retikulumdan  əmələ 
gələn  müxtəlif  vakuollar,  bundan  başqa  Holci  aparatı, 
lizosomlar daxildir. Vakuolyar membran sistemi birqat 
membranla sitoplazmadan ayrılır. 
İkinci  qrup  membranlı  strukturlara  iki  qatlı 
membrana  malik  olan  orqanoidlər-mitoxondrilər, 
plastidlər  aiddir.  Bu  orqanoidlərin  membranları  qapalı 
sistem əmələ gətirir, bir-birinə keçmirlər. Bu cəhətdən 


 
129 
onlar  nüvə  membranından  fərqlənir.  Belə  ki,  nüvənin 
xarici  membranı  endoplazmatik  şəbəkəyə  keçərək 
sitoplazmaya  çıxır.  Vakuolyar  sistemə  morfoloji  və 
funksional    cəhətdən  müxtəlif  kompanentlər  daxil 
olmasına  baxmayaraq  onlar  vahid  bir  sistemi  təşkil 
edirlər. Onların hər bir kompanenti ayrı-ayrı vəzifələri 
yerinə  yetirsələr  də    o  vəzifələr  biri  digərini 
tamamlayır. 
Bundan  başqa  membran  quruluşuna  malik 
olmayan  orqanoidləri  də  fibrilyar  və    qranulyar 
xüsusiyyətlərinə  görə  iki  yerə  ayırmaq  olar.  Fibrilyar 
tip  orqanoidlərə:  mikroborucuqlar,  mikrofilamentlər, 
aralıq  filamentlər,  miofibrillər,  sentriollar,  kirpik  və 
qamçılar,  qranulyar  tip  orqanoidlərə  isə  ribosomlar, 
polisomlar aiddir. 
 
ÜMUMİ  TƏYİNATLI  ORQANOİDLƏR 
ENDOPLAZMATİK ŞƏBƏKƏ 
Bu orqanoidin kəşfi elektron mikroskopunun kəşfi 
ilə  əlaqədardır.  1945-ci  ildə  Porter  öz  əməkdaşları  ilə 
birlikdə 
cücələrin 
fibroblastlarını 
elektron 
mikroskopunda  öyrənərkən  müşahidə  etdilər  ki, 
sitoplazmanın endoplazma hissəsində bir çox kanallar, 
vakuollar  birləşərək  seyrək  top  (retikulum)  əmələ 
gətirmişlər.  Eləcə  də  bu  vakuol  və  kanalların 
divarlarının  nazik  membranla  örtülü  olması  aydın 
görünürdü . Beləliklə, hüceyrədə endoplazmatik şəbəkə 
olması  kəşf  edildi.  Sonralar  1950-ci  ildə  ultranazik 


 
130 
kəsiklər  almaq  metodikası  müəyyənləşəndə  bu 
orqanoid daha dərindən  öyrənildi, onun strukturu aşkar 
edildi.  Məlum  oldu  ki,  bütün  eukariotlarda  
endoplazmatik  şəbəkə  vardır.  Endoplazmatik  şəbəkə 
quruluşuna  görə  2  cür  olur:  qranulyar  (dənəvər)  və 
aqrannulyar (dənəsiz) endoplazmatik şəbəkə. 
Dənəvər endoplazmatik şəbəkə mürəkkəb kanallar 
və  boşluqlar  sistemidir  ki,  bir-biri  ilə  birləşərək 
şaxələnən  şəbəkə  əmələ  gətirirlər  (Şəkil  35).  Bu 
kanallar  və  şəbəkələrin  eni  hüceyrənin  funksional 
fəallığından asılı olaraq çox dəyişkən olur, lakin ən azı 
20nm,  ən  çoxu  isə  bir  neçə  mm-ə  bərabər  olur.  Belə 
endoplazmatik  şəbəkəni  fərqləndirən  cəhət  odur  ki,  o 
hialoplazma  tərəfdən  diametri  20  nm  olan  çoxlu  kiçik 
dənələrlə  (qranulalarla)  örtülü  olur.  Bu  qranulalar  ilk 
dəfə  C.  Palad  tərəfindən  təsvir  edilmişdir  (Palad 
qranulaları).  O  göstərmişdir  ki,  həmin  qranulalar 
ribonukleoproteid  təbiətlidir.  Hazırda    məlumdur ki,  o 
qranulalar  endoplazmatik  şəbəkənin  membranı  ilə 
əlaqədə  olan  ribosomlardan  başqa  bir  şey  deyildir. 
Membrandakı  ribosomlar  polisomlar  təşkil  edirlər  (bir 
çox ribosomlar bir məlumat RNT-si ilə birləşir). 
Qranulyar endoplazmatik şəbəkə hamar endoplazmatik 
şəbəkədən fərqli olaraq hüceyrədə ya müxtəlif 
membranlar, ya da bu membranların lokal toplusundan 
(eqrastoplazma) ibarət olur . Birinci tip endoplazmatik 
şəbəkə differensasiyaya uğramış hüceyrələrdə və ya 
metobolik proseslər zəif olan hüceyrələrdə, 
eqrostplazma isə şiddətli sekretor zülal sintez edən 


 
131 
hüceyrələrdə rast gəlinir. Məsələn, qaraciyər 
hüceyrələrində eqrostoplazma hüceyrənin müəyyən 
zonasında toplanır (Berq cisimciyi). O, sinir 
hüceyrələrində, həmçinin müəyyən zonada (pələngvari 
maddə) toplanır. Mədəaltı vəzi hüceyrələrində bazal və 
nüvə ətrafı zonanı tutur və s. 
Endoplazmatik  şəbəkə  üzərində  polisomların  olması, 
onun zülal sintezində böyük rolu olmasını göstərir. Bəzi 
hüceyrələrdə  ribosomlar  bilavasitə  endoplazmatik 
şəbəkə  ilə  əlaqədar  olmayıb  bilavasitə  sitoplazmada 
yerləşir.  Məsələn,  rüşeym    hüceyrələri  differensasiya 
etməyən  hüceyrələr,  çox    tez-tez  bölünən  xərçəng  
şişləri    hüceyrələri  və  s.  Fəal  zülal  sintez  edən 
hüceyrələr,  bölünməyən  hüceyrələr,  ixtisaslaşmış 
hüceyrələrdə  isə  ribosomlar  endoplazmatik    şəbəkənin 
membranı üzərində yerləşir. 
Tədqiqat  nəticəsində    məlum  olmuşdur  ki, 
hüceyrələrdə bütün  zülal sintezi endoplazmatik şəbəkə 
ilə  əlaqədə  olmayıb,  onun  bir  hissəsi  bilavasitə  
sitoplazmanın  özündə  gedir.  Məlum  olmuşdur  ki, 
şiddətli  zülal  sintez  edən,  differensasiyaya  uğramış  
hüceyrələr, fəal böyüyən hüceyrələr çox bazofil olurlar 
(qələvi  təbiətli  rəngləyijilərlə  rənglənirlər).  Bu  cür 
bazofil    sitoplazmanın    RNT-nin  çox  hissəsi  ribosom  
RNT-dir.  Demək    sitoplazmanın    bazofilliyi  onun 
ribosomla  zənginliyi ilə əlaqədardır. Bu isə o deməkdir 
ki,  bir  sıra  hüceyrələrdə  (rüşeym  hüceyrələri,  şiş 
hüceyrələri,  regenerasiyaya  uğrayan  toxumaların 
hüceyrələri  və  s.)  zülal  sintezi  bilavasitə  sitoplazmanın 
özündə  onun  hialoplazma  hissəsində  gedir.  Digər 


 
132 
tərəfdən    ixtisaslaşmış,  differensasiyaya  uğramış,  lakin 
fəal  zülal    sintez  edən    hüceyrələrin  (sinir  hüceyrələri, 
mədəaltı  vəzi  hüceyrələri,  süd  vəziləri  hüceyrələri, 
plazmosidlər  və  s.)  hialoplazmasında  sərbəst    ribosom 
azdır,onlar  əsasən  endoplazmatik  şəbəkə  üzərində 
yerləşirlər. 
Bu  tədqiqatlardan  belə  məlum  olur  ki, 
hialoplazmada  yerləşən  ribosomların sintez  etdiyi  zülal 
həmin  hüceyrənin  öz  ehtiyacını  ödəyir.  Endoplazmatik 
şəbəkənin üzərindəki ribosomların sintez etdiyi zülal isə 
hüceyrələrdən  çıxarılır  və  digər  hüceyrələrin  həyat 
fəaliyyəti proseslərində iştirak  edir. Məsələn,  mədəaltı 
vəzinin  asinus  hüceyrələri  zülal  təbiətli  fermentlər 
(proteinazalar,  lipazalar,  nukleaazalar  və  s.)  sintez 
edirlər. Onlar isə müxtəlif  qida maddələrinin həzmində 
iştirak  edirlər  (qaraciyər  hüceyrələri-qan  albumini, 
plazmositlər-qlobulin,  süd  vəzi  hüceyrələri-kozein, 
tüpürcək  vəzi  hüceyrələri-ptialin,  amilaza,  RNT-aza  və 
s.  sintez  edirlər).  Maraqlı  cəhət  odur  ki,  bitki 
hüceyrələrində  də  biz  həmin  xüsusiyyətə  rast  gəlirik. 
Lakin  buna  baxmayaraq  qranulyar  endoplazmatik 
şəbəkənin  ribosomları  hüceyrədaxili  həzm  (faqositoz) 
üçün  lazım  olan  fermentlərin  də  sintezində  iştirak 
edirlər. 
Bir  çox  tədqiqatlar  göstərmişdir  ki,  qranulyar 
endoplazmatik şəbəkənin sintez etdiyi fermentlər həmin 
hüceyrənin  özünün  maddələr  mübadiləsində  nəinki 
iştirak  etmir,  hətta  çox  halda  həmin  hüceyrə  üçün 
lazımsız və bəzən zərərli olur. Məsələn, süd vəzilərində 


 
133 
sintez edilən kozein onun inkişafı və böyüməsi üçün heç 
lazım deyil. 
Həzm traktı hüceyrələrində çox miqdarda hidrolitik 
fermentlər 
sintez 
olunur 
ki, 
onlar 
bioloji 
makromolekulları  parçalayır.  Əgər  belə  fermentlər 
hüceyrə hialoplazmasında qalsa, onlar hüceyrənin özünü 
həll  edə  bilərlər  (avtoliz)  ki,  o  da  hüceyrənin  məhvinə 
səbəb olar. Bu cür fermentlər hüceyrədən çıxarıldıqdan 
(seqreqrasiya) 
sonra 
qapalı 
membran 
sistemli 
komponentlərdə  toplanırlar.  Buradan  belə  nəticə  çıxır 
ki,  qranulyar  endoplazmatik  şəbəkənin  rolu  təkcə  onun 
membrandakı  ribosomlarla  zülal  sintez  etməklə  bitmir, 
o  həm  də  seqreqrasiya  prosesində  iştirak  edir,  sintez 
olunmuş  zülalları  toplayıb  hüceyrənin  özünün 
funksiyalarını  idarə  edən  zülallardan  ayıraraq,  təcrid 
etmək  və  s.  vəzifələri  yerinə  yetirir.  Qranulyar 
endoplazmatik  şəbəkənin  bu  funksiyasının  hüceyrə 
həyatında  çox  böyük  əhəmiyyəti  var.  Çünki  o  həmin 
fermentlərin  Holci  kompleksi  vakuolları  vasitəsilə 
hüceyrədən  kənar  edilməsində  bir  sıra    proseslərlə 
əlaqədar olaraq fəaliyyət göstərir. Bu prosesdə  mütləq 
ATF  enerjisindən istifadə edilir.  
Bundan  başqa  qranulyar  endoplazmatik  şəbəkədə 
zülalların  modifikasiyası,  onların  şəkərlərlə  birləşməsi, 
kondensasiyalaşması,  iri  qranulyar  əmələ  gətirməsi 
prosesləri  də  gedir.  Beləliklə,  qranulyar  endoplazmatik 
şəbəkə  hüceyrədən  çıxarılan  zülalların  sintezində, 
onların 
hüceyrələrin 
öz 
zülallarından 
ayrılıb 
çıxarılmasında, 
həmin 
zülalların 
daşınmasında, 
modifikasiyasında, lokal kondensasiyasında iştirak edir. 


 
134 
Prokariot  hüceyrələrdə  endoplazmatik  şəbəkə 
yoxdur.  Lakin  bir  çox  bakteriyalar  sintez  etdiyi 
fermentləri  xarici  mühitə  çıxarırlar.  Görünür  bu 
fermentlərin 
 
hüceyrədən 
çıxarılması 
xüsusi 
hüceyrədaxili  vakuol  sistemi  ilə  əlaqədar  deyil,  lakin 
ona  oxşardır.  Belə  ki,  bir  çox  tədqiqatlarla  isbat 
edilmişdir  ki,  bakteriyalarda  ribosomların  bir  hissəsi 
plazmatik  membranla  əlaqədardır.  Hüceyrədən  kənar 
edilən 
fermentlər 
həmin 
membran 
üzərindəki 
ribosomlarda  sintez  olunur.  Membranla  əlaqədar  
olmayan  hialoplazmadakı  ribosomlar  isə  bakteriya 
hüceyrəsinin    özünə  lazım  olan  zülalların  sintezində 
iştirak edir. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin