Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə77/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   73   74   75   76   77   78   79   80   ...   126
Sekretor  törəmələr  –  əsasən  vəzi  hüceyrələrində 
qranulalar  şəklində  rast  gəlinir.  Sekretlər  elə 
törəmələrdir ki, onlar hüceyrələrdən hər hansı bir orqana 
və  ya  qana  ifraz  edilir  və  hüceyrənin  həyat  fəaliyyəti 
prosesində spesifik, xüsusi rol oynayır. 
Endokrin 
vəziləri 
hüceyrələrində 
sekretor 
törəmələr  hormonlar  olub,  onların  hər  birinin 
oqranizmin inkişafında xüsusi əhəmiyyəti var. 
Həzm  sistemi  hüceyrələrində  sekretor  törəmələr 
həzm  fermentləridir  ki,  onlar  qidanın  həzmində  xüsusi 
rol  oynayır.  Sekretor  törəmələrə  piy  vəzilərinin  ifraz 
etdiyi  yağ  törəməsini  də  aid  edirlər.  Belə  ki,  bu  yağ 
törəməsi  piy  vəzisinin  axacağına  daxil  olaraq  dəri 
epidermisini  və  tükləri  yağlayır.  Odur  ki,  bu  yağ 
törəməsi  trofik  yağ  törəməsindən  fərqlənir.  Kimyəvi 
təbiətinə  görə  sekretor  törəmələr  zülal,  polisaxarid, 
lipoproteid, qlikoproteid və s. ola bilərlər.  
Bitkilər  aləmindəki  hormonlar  fitohormonlar 
adlanır  və  bitki  hüceyrəsinin  protoplastında  sintez 
olunur.  Onlar  bitki  hüceyrəsinin  qılafından  keçmək 


 
198 
xüsusiyyətinə 
malik 
olub, 
müxtəlif 
prosesləri 
şiddətləndirə  və  requlə  edə  bilirlər.  Məs:  hüceyrənin 
bölünməsini, 
onların 
böyüməsini, 
orqanların 
formalaşmasını  və  s.  Belə    hormonlardan  auksin, 
heteroauksin,  hibberellini  göstərmək  olar.  Bunlar  boy 
hormonları  da  adlanır.  Boy  hormonları  bitkilərin  boy 
nöqtəsi  hüceyrələrində  sintez  olunur,  oksiken  və  qida 
maddələrinin  bitkinin  rüşeym  toxuması  hüceyrələrinə 
axmasını təmin edir. Sonra auksinlər bitkinin gövdəsi ilə 
aşağı  hərəkət  edərək  differensiasiyaya  uğramayan 
hüceyrələrin  uzanmasına,  bununla  buğum  aralarının 
uzanmasına,  səbəb  olur.  Hazırda  auksinlərlə  yanaşı 
fusarium  göbələklərindən  alınan  hiberellinlə  bitkinin 
boy  nöqtəsinə  təsir  etməklə  gövdələrin  uzanmasına, 
toxumaların  sakitlik  halından  çıxmasına  və  s.  nail 
olurlar.  

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin