Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə79/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   75   76   77   78   79   80   81   82   ...   126
Vitaminlər  –  hüceyrələrdə  bizə  məlum  olan 
vitaminlərin  əksəriyyəti  vardır.  Vitaminlər  bioloji  fəal 
maddələr olub, maddələr mübadiləsində bilavasitə iştirk 
etmirlər. 
Lakin 
onların 
çatmaması 
maddələr 
mübadiləsinin  normal  gedişini  pozur.  Bununla  əlaqədar 
olaraq    orqanizmdə  müxtəlif  xəstəliklər  baş  verir. 
Vitamin  çatmaması  ilə  baş  verən  xəstəliklər,  orqanizm 
həmin vitaminləri aldıqda aradan götürülür.
 
Hüceyrələrdə A vitamini, B qrupu vitaminləri (B
1, 
B
5,
  B
6,
  B
4, 
B
12
)  J,  D,  PP,  E  və  s.  vitaminlər  vardır. 
Orqanizmlərdə  A  vitamini  ancaq  karotinin  iştirakı  ilə 
sintez  olunur.  Odur  ki,  karotinlərə  A  provitamini  də 
deyilir.  B  qrupundan  olan  vitaminlər  hüceyrələrdə 
çatmadıqda  hüceyrənin  karbohidrat  mübadiləsi  pozulur. 
Daha  doğrusu  karbohidratlar  mübadilənin  son  məhsulu 
olan  H
2
O  və  CO
2
-yə  qədər  parçalanmayaraq  aralıq 
maddəsi süd turşusu (C
3
H
6
O
3
) əmələ gətirirlər ki, onlar 
da  sinir  uclarına  qıcıqlandırıcı  təsir  edərək  əsəbilik, 
yorğunluq  və  s.  əlamətlər  yaradırlar.  Orqanizmin  B 
vitamininə  olan  tələbatı  ödənildikdə  həmin  proseslər 
aradan  çıxır.    C  vitamini  və  ya  askarbin  turşusu 
oksidləşdirici, bərpaedici reaksiyaların normal gedişində 
böyük  rol  oynayır.  D  vitamini  orqanizmdə  duz 
mubadiləsini  xüsusilə  fosfor  və  kalsium  mübadiləsini 
tənzim edir. 
K  vitamini  qanın  normal  laxtalanmasında  iştirak 
edir.  Beləliklə  vitaminlərdən  hər  biri  bu  və  ya  digər 
prosesin normal gedişini təmin edir. 


 
201 
Fermentlər  –  zülal  təbiətli  biokatalizatorlar  olub, 
oksidləşdirici,  reduksiyaedici,  hidralitik,  katalitik  və  s. 
proseslərdə iştirak edirlər. 
Hazırda  hüceyrədə  1000-dən  çox  ferment  olması 
məlumdur.  Bütün  fermentlər  öz  təsirinə  görə  hidrolitik 
və  desmolitik  olmaqla  iki  qrupa  bölünür.  Hidrolik 
fermentlər 
iri 
molekullu 
üzvü 
maddələrin 
parçalanmasında 
iştirak 
edirlər. 
Onlar 
üzvü 
maddələrdəki  peptid,  amin,  mürəkkəb  efir,  qlükozid  və 
s.  rabitələri  parçalayır  və  onların  iştirakı  ilə 
hüceyrədaxili mübadilə gedir. Bu fermentlərin iştirakı ilə 
hüceyrədə  enerji  yaranır.  İstifadə  olunmayan  enerji 
ehtiyat  halında  hüceyrələrdə  saxlanır.  Desmolitik 
fermentlər  isə  hidrolitik  fermentlərdən  fərqli  olaraq  öz 
fəaliyyətləri  üçün  enerji  tələb  edirlər.  Bu  fermentlər 
(oksidləşdirici-bərpa  edici)  tənəffüs,  qıcqırma  kimi 
prosesləri  idarə  edirlər.  Bütün  bunlardan  başqa  xüsusi 
törəmələrə  fitohormonlar  da  aiddir.  Onlardan  auksin, 
heteroauksin,  hiberellini  göstərmək  olar.  Bunlar  boy 
hormonları da adlanırlar. Boy hormonları bitkilərin boy 
nöqtəsi  hüceyrələrində  sintez  olunur,  oksigenin  və  qida 
maddələrinin  bitkinin  rüşeym  toxuması  hüceyrələrinə 
axmasını təmin edir. Sonra auksinlər bitkinin gövdəsi ilə 
aşağı  hərəkət  edərək,  differensiasiyaya  uğramayan 
hüceyrələrin  uzanmasına  bununla  buğumaralarının 
uzanmasına səbəb olur.   


 
202 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin