204
hüceyrələrin nüvələri isə hüceyrənin bölünməsi
prosesini idarə edirlər. Lakin, bütün interfaza nüvələr
eyni olmur. Bu cəhətdən:
İki bölünmə arasındakı interfaza nüvələr;
Bölünməyən lakin bölünmə qabiliyyəti olan
hüceyrələrin interfaza nüvələri;
Bölünmə qabiliyyətini itirmiş hüceyrələrin
interfaza nüvələri olurlar.
Axırıncı iki tip interfaz nüvəni bir-birindən
ayırmaq çətin olduğundan nüvələri avtosintetik və
heterosintetik olmaqla iki qrupa ayırırlar.
Avtosintetik nüvələrə bir bölünmədən digər
bölünməyə qədər olan interfaza nüvələr, heterosintetik
nüvələrə isə ümumiyyətlə bölünməyən hüceyrələrin
interfaza nüvələri aid edilir. Bu cür interfaz nüvələrin
əsas komponentləri aşağıdakılardır:
Nüvə membranı;
Nüvə şirəsi-karioplazma;
Bir və ya bir neçə yumru nüvəcik;
Xromatin maddəsindən ibarət olan xromosomlar.
Nüvə ilk dəfə 1833-cü ildə Broun tərəfindən səhləb
bitkilərinin hüceyrələrində kəşf edilmişdir. Sonradan
məlum oldu ki, nüvə bütün ali orqanizmlərin
hüceyrələrinə xas olan strukturdur.
Dostları ilə paylaş: