Азярбайжан Республикасы Тящсил Назирлийи


Şəkil    53.    Eukariot  nüvə  membranında  olan  məsamənin (nukleopor kompleksin quruluş modeli



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə84/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   80   81   82   83   84   85   86   87   ...   126
 
Şəkil    53.    Eukariot  nüvə  membranında  olan 
məsamənin (nukleopor kompleksin quruluş modeli. 
 
Nüvəcik.  Nüvəcik  -  interfaz  nüvənin  daimi 
hissəsidir. 
Nüvəcik 
xromosomların 
struktur 
elementlərindən  olan  nüvəcik  yaradan  sahədən  əmələ 
gəlir.  Bəzi  hüceyrələrdə  nüvəcik  yaxşı  görünür,  kiçik 
sıx  nüvəsi  olan  hüceyrələrdə  nüvəciyi  görmək  çətin 
olur.  Nüvəciyin  miqdarı  kariotipdə  nüvəcik  yaradan 
xromosomların 
(disentrik) 
miqdarından 
asılıdır. 
Məsələn, qarğıdalıda haploid hüceyrələrdə 10, insanda 5 
nüvəcik var ki, bu da növ əlamətidir.  
Xromosomda nüvəcik yaradan sahənin  çıxarılması 
nüvə funksiyalarının  pozulmasına səbəb olmuşdur. Bu 
onu  göstərir  ki,  nüvəcik  sahəsi  müəyyən    tip  RNT 


 
213 
yaranması  sahəsidir  ki,  həmin  RNT-nin  olması 
orqanizmin  yaşaması  üçün  lazım  olan  müəyyən 
zülalların  sintezi  prosesini  pozur  və  orqanizm  məhv 
olur.  Bu  cür  mülahizələr    bir  sıra  faktorlara 
əsaslanmışdır. 
1.
 
Azot    əsaslarının  miqdarı    nüvəcikdə    və 
ribosom  RNT-də  eynidir. 
2.
 
Rittos və Spiqelman   təcrübələri  isbat etmişdir 
ki, ribosom  RNT-si və nüvəcik sahəsinə uyğun 
gələn DNT ilə  hibrid kompleks yarada bilir. Bu 
onu  isbat  edir  ki,  ribosom    RNT-si    nüvəcik  
DNT-sində 
nukleotidlər 
komplementar 
ardıcıllığa malikdirlər. 
3.
 
Ribosom  RNT-si  hər  hansı  bir  səbəbdən 
hüceyrədə  istifadə  edildikdə,  nüvəcikdən 
məhrum olan nüvə həmin  RNT-ni bərpa etmək 
qabliyyətinə malik olmur. Bu da öz növbəsində  
zülal sintezini pozur. 
4.
 
Nüvəcikdən  məhrum  olan  mutantlar  rüşeym 
halında məhv olurlar. 
Beləliklə,  nüvəcik  xromosom  məhsulu  olub,  hər 
hüceyrə tsiklində  ondan ayrılır və yenidən əmələ dəlir. 
Nüvəcik  xromosomda    mitoz  və  meyozda  profazanın 
sonunda  ayrılır  metofazada  itir,  telofazada  isə  genetik 
nəzarətlə  yenidən  yaranır.  Nüvəciyin  hüceyrə  tsiklində 
özünü  belə  aparması  səbəbləri  tam  aydın  olmasa  da 
lakin  məlumdur  ki,  nüvəciyin  xromosomdan  ayrılması 
anafazada  yeni    nüvəciklər  yaradacaq  xromosomların 
düzgün  ayrılması  üçün  şərait  yaradır.  Struktur  cəhətcə 


 
214 
nüvəcik işıq sındırma əmsalına görə nüvədən fərqlənən 
xarici  membranı  olmayan  əsasən    RNT  və  qələvi 
zülallardan  ibarət  olan  nüvə  komponentidir.  İşıq 
mikroskopunda  növündərn    asılı      olaraq  müxtəlif 
formada 
müşahidə 
olunan 
homogen 
kompakt 
strukturdur.  Elektron  mikroskopunda  isə  nüvəcik 
daxilində  sapvari  struktur  müşahidə  edilir  ki,  buna 
nukleonema  deyilir.  Nüvəciyin  həcmi  müxtəlif  növ 
hüceyrələrdə  müxtəlif  olur  və  hüceyrənin  funksional 
vəziyyətindən  asılı  olur.  İri  nüvəciklər  adətən  rüşeyim 
hüceyrələrində  və  aktiv  zülal  sintez  edən  hüceyrələrdə 
olur. 
Nüvəcik 
tərkibi 
yüksək 
konsentrasiyalı  
fosfoprotein  tipli  RNT,  DNT    sərbəst  və  ya  birləşmiş 
fosfatlar,  maqnezium,  kalium,  sink  və  dəmirdən  
ibarətdir.  Hər  bir  nüvəcik  nüvə  daxilində  bir 
xromosomla  əlaqədar  olduğundan    nüvəcik  tərkibində 
olan  DNT  həmin  xromosomun    DNT-si  ilə  əlaqədar 
olur. 
Nüvəciyin 
elektron 
mikroskopik 
tədqiqatı 
göstərmişdir ki, o fibrilyar və qranulyar substansiyadan 
ibarətdir. Fibrilyar sahə zülallar, qranulyar sahə isə 200 
A
0
  diametri    RNT  saxlayan  hissələrdir.  Hazırda  məlum 
olmuşdur  ki,  bu  hissələr  ribosom  yaranmasında  iştirak 
edirlər. 
3
H-timidin  və 
3
H-sitidin  nişanlanmış  atomların 
iştirakı  ilə  müəyyən  etmişlər  ki,  həmin  ribosomlar 
sonradan  sitoplazmaya  ötürülür  və  sitoplazmatik 
ribosomları  təşkil  edir.  Deməli  nüvəciyin  rolu 
sitoplazma  ribosomlarını  yaratmaqdan,  təşkil  etməkdən 
ibarətdir. 


 
215 
Xenopus  qurbağasının  mutant  formalarında  
heteroziqot  vəziyyətdə  nüvəcik  yaranması  prosesi 
dayanır.  Odur  ki,  bu  cür  qurbağaların  rüşeyimi  ancaq 
blastula  mərhələsinə  qədər  inkişaf  edir.  Blastomerlərin  
nüvəcikləri  ribosom  əmələ  gətirmədikləri  üçün  rüşeym  
məhv  olur.  İnkişafın  ilk  mərhələləri  isə  çox  güman  ki, 
ovogenez prosesində yaranan ribosomlar hesabına gedir. 
Deməli  ribosomlar  nüvəcikdə  yaranır.  Lakin  başlanğıc 
material  olan  RNT  və  zülalların  yaranmasını 
xromosomlar idarə edirlər. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin