Fırça şəkilli xromosomlar – bu xromosomlar
1892-ci ildə Ryukkert tərəfindən balıqların, amfibi və
reptililərin oosit hüceyrələrində meyozun birinci
bölünməsinin
diplonem
mərhələsində
müşahidə
edilmişdir. Bu xromosomlar 2 bivalent xromatiddən
ibarət mərkəzi oxdan və ondan çıxan yan çıxıntılardan
ibarətdir. Hər bivalent 2 homoloqdan ibarət olub, xiazm
təşkil edir. Mərkəzi ox xromomerlərdən, (qranullardan)
yan çıxıntılar isə halqalardan ibarətdir. İndi artıq
məlumdur ki, yan halqalar xromatidlərin dartılması
nəticəsində yaranır. Mərkəzi oxun xromomerləri isə
xromonemlərin sıx spirallaşması nəticəsidir.
Mərkəzi ox DNT, yan çıxıntılar isə RNT –
təbiətlidir. Bu cür dəlillər belə fikir yürütməyə imkan
verir ki, yan çıxıntılarda intensiv RNT və zülal sintez
olunur və sitoplazmaya ötürülür. Bu dövrdə yan
çıxıntılar kiçilir. Odur ki, hüceyrənin həyat tsiklindən
asılı olaraq yan çıxıntılar gah kiçilir və gah da iriləşir.
239
Bu xromosomdakı xromonemlərin (5 mk) və DNT-nin
uzunluğu (90 mk) fırça şəkilli xromosomların tərkibində
bir neçə DNT zənciri olmasını güman etməyə imkan
verir.