İNSAN XROMOSOMLARI
İnsan xromosomlarının öyrənilməsinin tarixi 1898-
ci ildən Flemmingin tədqiqatları ilə başlamışdır. Lakin
uzun müddət insan hüceyrələrində xromosomların
sayına görə bir-birinə zidd fikirlər olmuşdur. Həmin
tədqiqatlarda insanda 22-48 xromosom olması haqqında
məlumatlar verilir. Ancaq 1956-cı ildə insan
xromosomlarının
öyrənilməsindəki
üsulların
təkmilləşməsi nəticəsində İsveç alimləri Tiyo və Livan
insan rüşeyminin ağciyər fibroblastının toxuma
kulturasında apardığı tədqiqatlar nəticəsində məlum
oldu ki, insanın somatik hüceyrələrində 46 xromosom
vardır. İnsanda da xromosomların sayının, ölçüsünün,
formasının öyrənilməsi üçün ən əlverişli mərhələ
metafazadır.
228
Metafazanın öyrənilməsi nəticəsində məlum
olmuşdur ki, metafaza xromosomları 2-10 mkm
ölçüsündə olurlar. İnsanın kariotipini təşkil edən 46
ədəd xromosomdan 44 autosom (22 cütü) ikisi isə (bir
cütü) cinsi heterosom xromosomlardır. Qadında və
kişidə eyni olan xromosomlar autosom xromosomlar
adlanır. Qadın və kişinin somatik hüceyrələrində olan
xromosomlar bir-birinə oxşayır və 22 cüt təşkil edirlər.
Qadın və kişidə xromosom dəstinə görə yeganə fərq
ondadır ki, qadının diploid xromosom dəstində 44
autosom və XX cinsi xromosomları, kişidə isə 44
autosom və XY cinsi xromosomları olur.
Müvafiq olaraq cinsi hüceyrələrdə qadınlarda 22
autosom və X xromosomu olduğu halda, kişilərdə isə
cinsi hüceyrələr 2 cürdür. Cinsi hüceyrələrin 50%-də 22
autosom və X xromosomu, 50%-də isə 22 autosom və Y
olur. 22 autosom və X xromosomu saxlayan yumurta
hüceyrələri 22 autosom və X xromosomu saxlayan
spermatozoidlə mayalansa, qız uşaqları, 22 autosom və
Y xromosomu saxlayan spermatozoidlə mayalananda
isə oğlan uşaqları meydana gəlir (şəkil 56).
Bir çox heyvanlarda və insanda dişi cinsin
hüceyrələrində iki X xromosomdan biri daima
spillaşmış vəziyyətdə olur. Odur ki, hətta interfazada
müşahidə olunur. Ona cinsi xromatin və ya onu kəşf
edən alimin adı ilə Barr cismi deyilir. Barr cisminin
sayına görə kariotipin normal və ya xəstə olmasını
müəyyənləşdirmək olur. Normal halda kişi kariotipində
Barr cismi olmadığı halda, Kleynfelter xəstəliyinə
tutulan kişilərdə (XXY) bir Barr cismi, trisomiyalı
229
(XXX) qadınlarda iki Barr cismi, serter – terşevski
(XO) xəstəliyinə tutulan qadınlarda isə Barr cismi
olmur. Bu o deməkdir ki, Barr cisminin sayı
kariotipdəki X xromosomunun sayından bir əskik olur.
(X-1) cinsi xromosom balansının dəyişməsindən
yaranan xəstəliklərin ilkin diaqnozunun qoyulmasında
Barr cisminin sayının öyrənilməsinin böyük əhəmiyyəti
vardır.
Şəkil 56. İnsanlarda cinsiyyəti təyin edən
xromosomların nəslə ötürülməsi.
İnsanda xromosomların nomenklaturası və təsnifatı
1960-cı ildə Denver (ABŞ-ın Kolorado ştatı) komissiyası
tərəfindən müəyyənləşdirildi. Həmin komissiya mitotik
xromosomu işarə etmək üçün standart nomenklatura
sistemi yaratdı. Bu sistemə görə Kariotipin sxematik
görünüşü idioqramma adlandırıldı. Bütün xromosomlar,
onların ölçüsünə və formasına görə nömrələndi, (1-dən
230
22-yə qədər) cinsi xromosomlara nömrə verilmədi və
onları X və Y hərfləri ilə işarə etmək qərara alındı (Şəkil
57 və 58).
1963-cü ildə Londonda insanın normal kariotipinə
aid məlumatların standartlaşdırılması üzrə ikinci
beynəlxalq konfrans xromosomların eyniliyini və onların
fərdi xüsusiyyətlərinin (indentifikasiya) müəyyən etmək
işində ikinci daralmaların mövcudluğuna xüsusi
əhəmiyyət verdi.
1966-cı ildən Çikaqoda keçirilən konfransda normal
və dəyişmiş xromosomları işarə etmək sistemi işlənib,
tərtib edildi. Hazırda yuxarıda göstərilən konfransların
qərarları əsasında insan xromosomları üçün aşağıdakı
təsnifat qəbul edilmişdir.
231
Şəkil 57. Kişi xromosomları
Bu təsnifata görə insanda olan 22 cüt xromosom
yeddi qrupa bölünmüşdür.
I Qrup. 1-3 cüt ən iri metasentrik xromosomlar
olub, ölçülərinə görə bir-birindən fərqlənir. 1-ci
xromosom cütündə 2-ci daralma yeri vardır.
II Qrup. 4-5-ci xromosom cütləri aiddir, iri
submetasentrikdirlər. Forma və ölçüsünə görə bu qrupun
xromosomları bir-birindən fərqlənir.
III Qrup. 6-12-ci xromosom cütləri daxildir, orta
sublematasentrikdirlər, 6-cı xromosom cütü «X»
xromosomuna çox bənzəyir. Bu qrupdan olan 6,7,8,11-ci
232
xromosomların
sentromeri
xromosom
qollarının
mərkəzinə nisbətən yaxın yerləşir. 9,10,12-ci cütlər isə
daha çox submetasentrikdir. 6-cı xromosomun qısa
qolunda
2-ci
daralma yeri görünür. 8,9-cu
xromosomlardakı ikinci daralma yeri isə uzun qollarının
sentromerinə yaxın olur.
IV Qrup. 13-15-ci xromosom cütlərini əhatə edir.
Orta ölçülü akrosentrik xromosomlardır. Üç cütdən hər
birində xromosom peyki mövcuddur.
V Qrup. 16-18 xromosom cütləri olub, sentromerin
yerləşməsinə
görə
fərqlənir.
16-cı
xromosom
metasentrik,
17-18
xromosomlar
isə
submetasentrikdirlər. Bundan başqa 16 və 17
xromosomların uzun qollarında sentromerə yaxın
nahiyyədə 2-ci daralma yeri vardır.
233
VI Qrup. 19-20-ci cütlər kiçik metasentrik olub, bir-
birindən fərqlənmir.
VII Qrup. 21-22-ci cütlər kiçik akrosentrik
xromosomlardır. Hər iki cütdə peyk vardır. Cütlər bir-
birindən
fərqlənmir
lər.
«Y»
xromosom
u forma və
ölçüsünə
görə
bu
xromosom
lara
çox
oxşayır.
Bu təsnifat
sistemində
homoloji
xromosom
lardakı
spirallaşm
a dərəcəsi
nəzərə
alınmamışdır.
Şəkil 58. Qadın xromosomları
234
Cinsi
xromosomlar. Əksər müxtəlif cinsli
orqanizmlərdə diploid xromosom dəstində bir və ya iki
xromosomun cütü olmur. Həmin xromosomlar cinsi
xromosom adını almışdır, cinsi xromosomlar erkək və
dişiləri bir-birindən fərqləndirir. Qalan xromosomlar isə
autosom xromosomlar adlanır. Cinsi xromosomlar şərti
olaraq X (dişi) və Y (erkək) işarə edilir. Odur ki,
cinsiyyəti ayrı olan orqanizmlərin erkək və dişilərinin
xromosom kompleksi eyni deyildir. Drozofil milçəyinin
xromosom dəsti misalında bu müxtəlifliklə tanış olaq.
Drozofildə 2n=8-dir. Xromosomların 3 cütünə görə
erkək və dişilər bir-birindən fərqlənmir. Lakin cinsi
xromosomlara görə onlar bir-birindən fərqənirlər. Dişidə
3 cüt autosom xromosomla yanaşı eyni formalı iki X
xromosomu olur. Erkəkdə isə 3 cüt autosom, bir X
xromosom və kiçik Y xromosom olur. Beləliklə,
drozofilin xromosom kompleksi 6 autosom və iki cinsi
xromosomdan ibarət olur (şəkil 59).
235
Şəkil 59. Drozofilin dişi və erkəyin xromosom tipləri.
Dişi orqanizmdə cinsiyyət hüceyrələri yetişən
zaman hər bir yumurta hüceyrə meyoz nəticəsində 4
xromosom – o cümlədən 3 autosom və bir X
xromosomu alır, erkəklərdə isə iki cür spermatozoid
hüceyrəsi yaranır. Onlardan yarısı 3 autosomla yanaşı
bir X xromosomu, digər yarısı isə üç autosom və bir Y
xromosomu alır. Mayalanma zamanı X xromosomu
daşıyan
yumurta
hüceyrə
X
xromosomlu
spermatozoidlə mayalandıqda dişi, Y-xromosomlu
spermatozoidlə mayalandıqda isə erkək fərdlər meydana
çıxır. İnsanda və bütün məməlilərdə cinsiyyəti müəyyən
etməyin xromosom mexanizmi drozofildə olduğu
kimidir.
Dostları ilə paylaş: |