Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə82/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   78   79   80   81   82   83   84   85   ...   126
Nüvə  membranı.    Nüvə  bütün  eukariot 
hüceyrələrinə  xas  olan  struktur  olub  membranı  iki  -
daxili və xarici qatlardan ibarətdir. Daxili və xarici nüvə 
membranı  arasında  perinuklear  sahə  olur.  Nüvə 
membranı  məsamələrlə  zəngin  olur.  Nüvə  membranı 


 
205 
morfoloji  xüsusiyyətlərinə  görə  hüceyrənin  digər 
membran  stukturlarından  fərqlənir.  Belə  ki,  onun 
qalınlığı 7 nm olub, qatları osmiofildir, perinuklear sahə 
isə  20-60  nm  qalınlığındadır.  Nüvə  membranı  başqa 
membran sistemlərindən bir də onunla fərqlənir ki, nüvə 
membranında  xüsusi  məsamələr  var  ki,  onlar  ikiqat 
membranın  müəyyən  sahələrdə  birləşməsi  nəticəsində 
yaranır  və  nüvəni  hər  tərəfdən  əhatə  edir.  Nüvə 
membranı hüceyrənin sitoplazması  içərisinə qatlanaraq 
endoplazmatik  şəbəkəni  əmələ  gətirir.  Xarici  nüvə 
membranı üzərində çoxlu miqdarda ribosomlar yerləşir. 
Daxili nüvə membranı isə nüvənin xromosom membranı 
ilə  təmasda  olur.  İki  nüvə  membranı  ayrı-ayrı 
nahiyyələrdə  bir-birinə  keçir.  Nüvə  məsamələrini 
elektron  mikroskopu  ilə  müşahidə  etdikdə  onun 
qlobilyar və fibrilyar strukturlu maddə ilə zəngin olduğu 
görünür.  Nüvənin  bütün  membran  məsamələri  bu 
maddələrlə birlikdə nüvə məsamələri kompleksi adlanır. 
Nüvə  məsamələri  kompleksi  zülal  təbiətli  olub, 
proteolitik 
fermentlər 
təsirindən 
parçalanır 
və 
maddələrin  keçiriciliyində  iştirak  edir.  Müəyyən 
hüceyrələrdə 
məsamələrin 
ölçüləri 
sabitdir, 
məsamələrin miqdarı isə nüvə həcmindən və hüceyrənin 
funksional  fəallığından  asılıdır.  Toxuma  kulturasında 
fəal  çoxalan  hüceyrələrdə  1mkm
  2 
nüvə  membranı 
sahəsində  45  məsamə  olur.  Ümumiyyətlə  isə  nüvə 
membranında  12000-ə  qədər  məsamə  olur.  Çox  iri 
nüvələrdə,  məsələn:  suda-quruda  yaşayanların  oosit 
hüceyrələrinin  nüvələrində  10

məsamə  olur.  Nüvə 


 
206 
membranında  məsamələrin sayı hüceyrələrin metobalik 
fəallığından  asılıdır.  Sintetik  proseslər  çox  olduqca 
məsamələrində  sayı  artır.  Məsələn,  ibtidai  onurğalılırın 
eritroblast 
hüceyrələrində 
(eritrosit 
yaradan) 
hemoqlobinin intensiv sintez dövründə  1μm
2
 membran 
sahəsində  30  məsamə  olur.  Hemoqlobin  sintezi 
qurtardıqdan  sonra  yetkin  eritrositlərdə  eyni  sahədə  5 
məsamə  olur.  Tam  yetkin  spermatozoidlərin  nüvə 
membranında məsamə olmur. Mitozdan sonrakı dövrdə 
nüvə 
rekonstruksiyası 
və 
böyüməsi 
dövründə 
məsamələrin  çoxalmasının  2-mərhələsi  isə  DNT-nin 
sintezi  dövründə  rast  gəlir.  Əksər  hüceyrələrdə 
(ibtidailərdən  başqa)  mitoz  dövründə  nüvə  membranı 
parçalanaraq 
qovucuqlar 
şəklində 
sitoplazmada 
səpələnmiş vəziyyətdə olur  və mitozdan sonra yenidən 
bir  yerə  toplanaraq  qız  hüceyrələrdə  yeni  nüvə 
membranını yaradırlar. Çatmayan membran hissələri isə 
ana  hüceyrədən  alınmış  membrandan  templat  (matrisa) 
kimi  istifadə  etməklə  yenisi  sintez  olunur.  Bu  zaman 
mitozun 
profaza 
mərhələsində 
xromosomların 
kondensasiyası  ilə  əlaqədar  olaraq  nüvə  membranının 
onlarla  əlaqəsi  kəsilir  və  bəzi  nahiyyələrdə  əriyərək 
yastı vakuol və çən formasını alır. Bu zaman hələ nüvə 
membranı  məsamələrini  elektron  mikroskoplarında 
müşahidə  etmək  olur,  sonra  məsamələr  itir,  nüvə 
membranı  isə  torvari  çənlər  şəklində  nüvənin  yerində 
toplanır. Sonradan mitozun metafaza mərhələsində nüvə 
membranı  elementləri  iy  telləri  vasitəsi  ilə  hüceyrənin 
kənarına doğru itələnir. Anafaza mərhələsi qurtardıqdan 


 
207 
sonra  xromosomların  hərəkətinin    dayanması  ilə 
əlaqədar 
olaraq 
sitoplazmadakı 
torvari 
vakuollar(membrandan 
yaranan) 
çənlər, 
eləcədə 
endoplazmatik  retukulumun  çənləri  və  kanalları 
xromosomlarla yaxınlaşaraq, onların səthləri ilə təmasda 
olur,  getdikcə  həmin  çənlər  torbavari  vakuollar, 
qabarcıqlar  birləşərək  iriləşir.  Artıq  bu  dövrdə 
xromosomlarda  da  dekondensasiya  prosesi  gedir  onun 
spiralları açılır, bir-birinə sarılaraq yumaq əmələ gətirir. 
Sonra    iriləşmiş  vakuollar,  qabarcıqlar  açılaraq  birləşir 
və əmələ gəlmiş yumağı (nüvəni) əhatə edərək yenidən 
nüvə  membranı  əmələ  gəlir.  Elə  bu  dövrdə  nüvənin  
ikiqat  membranı  üzərində  məsamələr  də  əmələ  gəlir. 
Nüvənin membranı kimyəvi cəhətdən də öyrənilmiş və 
məlum olmuşdur ki, onun tərkibində 0,8% DNT, 3-9% 
RNT,  13-35%  lipidlər,  50-75%  zülallar  vardır.  Nüvə 
membranında  fosfolipidlər  çox,  xolestrin  isə  azdır. 
Daxili  nüvə  membranında  sifinqomiyelin  daha  azdır. 
Nüvə  membranının  zülal  tərkibi  çox  mürəkkəbdir. 
Burada  endoplazmatik  şəbəkədə  rast  gələn  bəzi 
fermentlər: qlükoza–6 fosfotaza, Mg-dan asılı ATF-aza 
qlutomat  dehidrokinaza və s. rast gəlinir. 
Oksidləşdirici  fermentlərdən:  sitoxrom-oksidaza, 
NADN-nikotino 
amiddindinukleotid, 
sitoxrom-s 
reduktaza  və  müxtəlif  sitoxromlara  rast  gəlinir.  Nüvə  
membranında  oksidləşmə  və  oksidləşdirici  fosforlaşma 
reaksiyalarının  getməsi,  görünür  nüvədə  gedən 
prosesləri  enerji  ilə  təmin  etməyə  doğru  yönəlmişdir. 
Nüvə  membranı  zülalları  içərisində  histon  zülalların 


 
208 
olması,  xromosomların  nüvə  membranı  ilə  əlaqədə 
olmasını bir daha  sübut  edir.  Nüvə  membranında  RNT 
olması,  xarici  membran  üzərindəki  ribosomlarla 
əlaqədardır.  Nüvə şirəsi nukleoplazma  əsasən xromatin 
maddəsindən  təşkil  olmuşdur.  Xromatin  maddəsi  isə 
DNT və zülallardır. Lakin, sitoplazmadakı maddələr az 
miqdarda  da  olsa  nüvənin  də  tərkibində    rast  gəlinir. 
Nüvə    tərkibində  70%  zülal,  30
-
40%    isə  DNT  olur. 
Nüvə  tərkibindəki  zülallar  histon  (qələvi)  və  qeyri-
histon zülallar (turş) zülallardır. Zülalların histon olması 
onunla  əlaqədardır ki, bu zülalların tərkibində triptofan 
yoxdur,  əksinə    lizin  və  arqinin  isə  çoxdur.  Histon 
zülallar polisomlarda sintez olunur, sonra sitoplazmadan 
nüvəyə  keçərək  DNT  ilə  birləşib,  DNT
-
histon 
kompleksi  əmələ    gətirir.  DNT-histon  kompleksi 
hüceyrədə  sabit  struktur  hesab  olunur.  Belə  ki,  4 
hüceyrə 
generasiyası 
dövründə 
bu 
kompleks 
dəyişmədən sabit qalır. Guman edilir ki, histon zülallar 
xromosom  DNT-nin  xüsusi  yığımını  təmin  edir  və  
transkripsiyanı  nizama  salır.  Histon  olmayan  zülalların 
tərkibinə  reparasiya,  transkripsiya  və  replikasiya  məsul 
olan  fermentlərlə  yanaşı  digər  zülallar  da  daxil  olur. 
Qeyri-histon  zülallar  DNT-də  nukleotidlərin  müəyyən 
ardıcıllığını  tanıyan,  bilən,  requlyator  rolunu  oynayan 
xüsusi  zülallardır.  Ümumiyyətlə  nüvədə  olan  qeyri-
histon zülallar 4 qurupa bölünürlər:  
-
 
RNT  transkripsiyası  zamanı  genlərin  fəallığını 
tənzimləyən zülallar; 


 
209 
-
 
Transkripsiya,  replikasiya  və  rekombinasiya  və 
DNT 
reparasiyası  zamanı  iştirak  edən 
fermentlər və faktorlar; 
-
 
Transkripsiya  məhsulu  RNT  ilə  assosiasiyada 
(onunla birləşən) olan zülallar; 
-
 
Xromatinin  quruluşunun  təşkilində  və  onun 
yüksək  kondensasiya  olunmuş  və  genişlənmiş 
(açılmış) formaları arasında keçidi tənzimləyən 
zülallar. 
Ümumiyyətlə, 
qeyri-histon 
zülallar, 
xromatinin 
quruluşundan asılı olaraq onun  20-33 faizini təşkil edir. 
 
Nüvə  şirəsi-karioplazma.  Maye  komponentdir, 
mürəkkəb  zülalların,  karbohidratların  və  yağların  
kolloid məhluludur. Karioplazmanın tərkibinə həmçinin 
müxtəlif    ionlar  və  metobolillər  daxildir.  Zülalların 
arasında histonlar, fermentlər və struktur zülallar  daha 
əhəmiyyətlidir.  Xromatin  tənkibindəki  RNT  onun 
tərkibindəki  DNT-nin  0,2-1,5  faizini  təşkil  edir.  Bu 
hüceyrədə  məlum  olan  r-RNT,  m-RNT,  n-RNT-sidir. 
Xromatin  tərkibinə,  həmçinin  onun  tərkibindəki  DNT-
nin  1%-i  qədər  lipid  daxil  olur.  Xromatin  tərkibindəki 
lipidin rolu hələ də məlum deyil.  
Karioplazmanın funksiyaları: 
Nüvənin  bütün  strukturları  üçün    mikromühit 
yaradır. 
Ribosomların,  m-RNT  və  n-RNT-nin  nüvə 
məsamələrinə daşınmasını təmin edir. 


 
210 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin