77
Döyəcək qədər.
Öldürəcək qədər,
Mən bir az dəli oğlanam axı.
Bax belə sevirəm səni
manyakcasına.
Fərqli olmaq, özəl poetik düşüncə kontekstindən çıxış etmək
üçün ilk növbədə, fərqli poetik yaşam lazımdır. Bəzi hallarda
sevgi haqqında yazılan şeir sevgini bəlirtmək, yaşanan duy-
ğusallığı ehtiva eləmək əvəzinə sanki sevgi effekti yaradır.
Gənclər şeirlərində söz oyununa, konstruksiyaya o qədər qapı-
lırlar ki, şeirin poetik cəhətdən uğurunun təəssübünü çəkmək
kölgədə qalır. Aşağıdakı şeirdə olduğu kimi:
Sevgi ikilikdə alınmır nəsə,
Azalıb “iki”nın tamı dünyada.
Üçüncü adamam mən də kiməsə,
Üçüncü adamdı hamı dünyada...
Bu sətirlərin müəllifi Elvinin “Vağzal adamı” şeiri isə ək-
sinə, mənə daha maraqlı və uğurlu poetik örnək təsiri bağışladı.
Burada “qatar” məfhumunun doğurduğu bütün assosiativ mə-
nalar, anlayışlar –ayrılıq, uzaqlıq, kədər, vida səhnəsi-hər biri
obraz səviyyəsində uğurlu bədii həllini tapa bilir. Ən əsası,
şeirdə vağzal həyatın boşluqlarına, etinasızlığına adekvat ola-
raq mənalanır, yalnız insanla-insan arasında deyil, insanla
həyat arasında vida səhnəsinə çevrilir. Hərçənd bu səhnə bizə
tanış da gəlir, bir qədər Ramiz Rövşənin şeirinin yada saldığı
“hara gedirsən, ay gəmi?” misralarının sərgilədiyi həmən nos-
talji, bir qədər M.Araz şeirinin “bir də ömrümüzə qayıtmaz o
gün, bir də önümüzə çıxmaz bu qatar” misralarının canlandırdı-
ğı həzin nisgil lövhəsidir. Gəl ki, ritm, intonasiya Salamındır:
Gəlib ürəyimdən od apardılar,
Mən adam deyiləm, odam, ay adam.
Bu qatar adamlar nə adamdılar,
Nə də adam kimi adam, ya adam.
78
Baxıb qatarların itdiyi yola,
Gücüm yox özümə bir yol eyləyəm.
Havada əl boyda bir yerim ola,
Hamıya biryolluq sağol eləyəm...
Digər gənc şair Elşad Ərşadoğlunun şeirlərində fəlsəfi notlar
dünya, cəmiyyət və insan münasibətlərinə, idiomalar üzərinə
köklənir. Burada əbədi olmayan dünyaya təşnəliyin tənqidi,
hissin, düşüncənin psixoloji ladda gərginliyi əsas göstəricidir:
Ömrünü yedikcə illər,
Bu dünyada hamı inlər.
Işıq salır dik gəzənlər,
Sürünənlər kölgə olur.
Qəlbində inam öləndə,
Çaşanda, Haqdan dönəndə,
Insan Allahdan dönəndə,
Hər şey dönür bəlkə olur.
Elşadın şeirlərində sözlərin məna çalarlarının bir müstəviyə
gətirilməsi və təzadlı, ziddiyyətli hisslərin ifadəsinə meyl var.
Qeyd edək ki, bu fakt artıq poeziyamız üçün keçilmiş, kifayət
qədər təsir dairəsi yaratmış yoldur və bu yolla addımlamaq
gənc şairə heç bir uğur, seçilmişlik statusu qazandırmayacaq.
Halbuki, “Çox şey göyərdəcək bu yağan yağış” şeiri bizi daha
uğurlu şair imzası ilə üz-üzə qoyur:
Dünyamıza yağış yağır.
Həzin-həzin,
ağır-ağır...
İslanır dünyamızın olan-olmazı,
nəyi varsa islanır.
Dünyamızın üstünə
kim tutubdu görəsən,
nəhəng mavi çətiri?
Bəs niyə buluddan yuxarıda tutub?
79
Bu şeirdə naturfəlsəfi məqamlara önəm vermək təşnəsi,
təbiət hadisələrinin dünya ilə, gərdişlə əlaqəli şəkildə, vəhdətdə
mənalanması var. Burada yağan yağışa verilən məna çox incə
və maraqlıdır, sosial ağrılardan yorulmuş ruhun mənəvi sığı-
nacaq çevrəsini simvolizə edir.
Bu gün çağdaş poeziyada dominant olan qadın yaşamının
qüvvəsini, qadın iç dünyasının sərgilənməsini jurnalın ümumi
mənzərəsi də ehtiva edir. Nədən ki, çağdaş poeziyada bu təma-
yülü formalaşdıran prioritet yazarların bir qismi elə Gənc Ədib-
lər Məktəbinin təmsilçiləridir. Rəbiqə, A.Əlizadə, Feyziyyə,
N.Hüseynzadə, G.Şamilqızı və b. ədiblərin şeirləri qadın taleyi,
qadın həqiqəti problemini özündə ehtiva edir. Sosial məam,
qadının ictimai-sosial mövqeyi bu şeirlərdə fonu təşkil edir.
Sözə həssas yanaşan, son illər ədəbiyyatımıza yeni poetik
ruh aşılayan Rəbiqənin jurnalda yer almış hər iki vəzndə-həm
sərbəst, həm də hecada yazdığı şeirləri, eləcə də digər mətbu
orqanlarda izlədiyim onlarla digər başqa şeiri onu öz esteti-
kasını yaradan, sözlə incə rəftar edən şair kimi səciyyələndirir.
Diqqət edək:
Yaman yağdı həyəcan,
çox guruldadı maraq.
Dedik ki, belə leysan
bir də heç olmayacaq...
İslandı üst-başımız-
tər, bir az da göz yaşı...
Payız deyildi hələ,
qabaqladıq yağışı...
Əvvəl sən soyuqlaşdın,
sonra mən havalarla.
Bir az uzandı payız
mənasız davalarla
|