174
da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-
gedə nəzm və nəsr, inşa və təsnif cəmi nöqsanlardan təmizlənir”.
Söylənmiş kontekstdən yanaşsaq, çeşidli suallar önündə
duruxub qalarıq: bu gün tənqidin ədəbi prosesdə oynadığı rol,
ona ayrılan missiya nədən ibarətdir? Hansı tənqidçinin yazı-
larında bu xidmət nə qədər ehtiva olunur? Və ümumiyyətlə
üçüncü bir şəxsin ki, fəaliyyətini M.F.Axundov vacib bilib
vurğulayır, o məqama qədər bizdə ədəbi tənqid öz maraqlarını
ortaya qoya bilirmi? Əvəzində o maraqlar ki, bəzən ona ədəbi
dəyərləri belə qurban veririk, onların özünü yeni dəyər qis-
mində milli təfəkkür qatına yeritmədə hansı təsəvvürlərdən,
hansı estetikanın prinsiplərindən çıxış edirik? Qərbdə yaranmış
metod və cərəyanların hələ yalnız imitasiyasını verən nəzə-
riyyələrdənmi – bu halda ədəbi nümunəyə tətbiqdə bəhs edilən
predmeti təhlil etməkdən daha çox gətirilənin təbliği ilə məşğul
oluruq; yaxud sovet dövrünün diqtə etdiyi yarlıqlardan üzülüş-
müş yazılarla sanki fərqli düşüncə çevrəsi cızdığımızı güman
edirik, əslində isə 80-cı illərin bədii-estetik keyfiyyət nümayiş
etdirən tənqid mətnlərinə uduzduğumuzun fərqinə varmırıq.
Yenə də alternativ... Təbiidir. O yanda “dünya ədəbiyyatının
bütün tənqid pilləkənlərini tanımağa” yön alanda, bu yanda
milli tənqid tarixi, təcrübəsi ilə üz-üzəyik. Ədəbi uğursa onlar
arasında ortaq dilin tapılacağı təqdirdə hasilə gələcəkdir. Necə
ki, bu “düşvarı asan eyləməyin” nümunəsini Axundov bir
zamanlar öz timsalında göstərmişdi.
Dostları ilə paylaş: