Нахчыван Мухтар Республикасы Бястякарлар



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   33   34   35   36   37   38   39   40   ...   60
KAMAL ƏHMƏDOV 
 
 
   
Naxçıvan  musiqi  mədəniyyətinin  inkişafında  özünəməxsus 
xidmətləri  olan  professional  bəstəkarlardan  biri  də  Kamal  Əhmə-
dovdur.  Onun  musiqi  əsərləri  çoxcəhətli  və  məhsuldardır.  Müstəqil 
yaradıcılıq yoluna qədəm qoyandan sonra onun yaradıcılığı müxtəlif 
mərhələlərdən keçərək inkişaf etmişdir. Kamal Əhmədovun həyat və 
yaradıcılıq yoluna diqqət yetirək. 
 
 


 
97 
Kamal  Rüstəm  oğlu  Əhmədov1948-ci  ildə  Azərbaycanın 
qədim diyarı olan Naxçıvan şəhərində  anadan olmuşdur. İlk musiqi 
təhsilini Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktəbinin tar sinfində, 
orta  musiqi  təhsilini  isə  Bakı  şəhər  Asəf  Zeynallı  adına  Musiqi 
Texnikumunda  almışdır.  Həssas  musiqi  duyumu,  fəal  musiqi 
qavrayışı  elə  ilk  anlardan  özünü  büruzə  verən  Kamal  Əhmədov 
1973-cü  ildə  Asəf  Zeynallı  adına  Musiqi  Texnikumunun  xalq  çalğı 
alətləri şöbəsinin tar sinfini bitirərək, işləmək üçün təyinatına əsasən 
Ordubad  şəhərinin  musiqi  məktəbinə  gedir.  Bəstəkar  tezliklə 
Ordubad  şəhərinin  mədəni  həyatının  inkişafında  yaxından  iştirak 
etməyə  başlayır.  O,  ilk  növbədə  musiqi  məktəbində  xalq  çalğı 
alətləri  orkestri  yaradır.  Ordubadda  ilk  xalq  çalğı  alətləri  orkestri 
sayılan  bu  kollektivlə  Kamal  müəllim  müntəzəm  surətdə  məşqlər 
keçirir  və  az  bir  müddətə  geniş  konsert  proqramı  hazırlayaraq 
dəfələrlə  bir  çox  konsert  salonlarında,  eləcə  də  Naxçıvan 
televiziyasında mütəmadi çıxışlar edir. 
Elə bu illərdə də Kamal Əhmədovda bəstəkarlıq sənətinə ma-
raq  yaranmışdır.  Xalq  çalğı  alətləri  orkestri  üçün  işləmələr  və 
mahnılar onun yaradıcılığının ilk nümunələridir.  
Öyrənib-öyrətmək  həvəsi  gənc  Kamalı  Azərbaycan  Dövlət 
Konservatoriyasına gətirir. İki il Ordubadda, bir il Naxçıvan musiqi 
məktəbində işlədikdən sonra 1976-cı ildə o, Üzeyir Hacıbəyli adına 
Azərbaycan  Dövlət  Konservatoriyasının  xalq  çalğı  alətləri  şöbəsinə 
daxil  olur.  Lakin  bəstəkarlığa  olan  böyük  həvəsi  onu  üç  il  sonra 
yenidən  təhsil  almağa  sövq  edir.  O,  Azərbaycan  Dövlət  
Konservatoriyasının bəstəkarlıq şöbəsinə uğurla imtahan verir və bu 
ixtisas  üzrə  təhsilini  davam  etdirməyə  nail  olur.  Respublikamızın 
görkəmli  bəstəkarı,  xalq  artisti,  professor  Xəyyam  Mirzəzadənin 
sinfində  bəstəkarlıq  sənətinin  sirlərini  mənimsəyir,  eyni  zamanda 
dünya  musiqi  korifeylərinin  klassik  və  müasir  səpkili  əsərlərini 


 
98 
xüsusi  öyrənir.  Hələ  konservatoriyada  təhsil  alarkən  Kamal 
Əhmədovun  bir  neçə  maraqlı  əsərləri  yaranır.  Belə  ki, 
konservatoriyada keçirilən konsertlərdə onun bir sıra əsərlərinin ifası 
da musiqisevərlərin rəğbətini qazanır.  
Diplom  işi  kimi  Böyük  Simfonik  Orkestr  üçün  yazdığı 
«Cavid»  simfonik  poeması  təhsil  illərinin  ən  mükəmməl  və  uğurlu 
əsəri husab oluna bilər. Əsər Azərbaycanın böyük şairi, dramaturqu 
Hüseyn  Gavidə  ithaf  edilmişdir.  Bəstəkar  bu  əsərdə  orkestr 
alətlərinin  tembr  xüsusiyyətlərindən,  musiqinin  dramaturji 
inkişafından bacarıqla istifadə edərək polifonik səpkili əsas mövzu-
nun müxtəlif kolorit və ritmik dəyişikliyə uğrayan inkişafı vasitəsilə 
nakam şairimizin ağır taleyini göstərməyə nail olmuşdur.  
Müəllif  xalq  musiqisinin  elementlərindən,  muğam  intonasiya-
larından istifadə edərək əsərin simfonik dilini zənginləşdirmiş, milli 
koloritlə  Avropa  musiqi  koloritinin  sintezini  yaratmışdır.  Təsadüfi 
deyil ki, bu poema 1988-ci ildə Ukrayna Respublikasının xalq artisti 
Aleksey  Fedoseyoviç  Qulyaniskinin  idarəsilə  Krım  Dövlət 
Filarmoniyasının  orkestri  tərəfindən  ifa  edilmiş  və  orkestrin 
repertuarına salınmışdır. 
Musiqişünas Sokolik «Sovetskiy Krım» qəzetində əsərin uğur-
lu ifası və özünəməxsus maraqlı bəstəkar manerası haqqında müsbət 
resenziya  yazmaqla bərabər, müəllifi böyük istedada malik musiqiçi 
adlandırmışdır. 
1985-ci  ildə  Azərbaycan  Dövlət  Konservatoriyasının  bəstə-
karlıq  şöbəsində  təhsilini  başa  vuran  Kamal  Əhmədov  bəstəkarlıq 
yaradıcılığı  yolunda  əzmlə  çalışır.  O,  Naxçıvana  gələrək,  burada 
yeni  yaranmış  Dövlət  Filarmoniyasının  Xalq  Çalğı  Alətləri 
Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunur.  Bu 
illərdən başlayaraq bəstəkar yaradıcılığını xalq çalğı alətləri orkestri 


 
99 
ilə bağlayır, orkestr üçün müxtəlif janrlı orijinal əsərlər yazır, orkestr 
üçün işləmələr yaradır. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin