(Soldan) pianoçu SvetlanaƏhmədova, tarzən Sahib Paşazadə,
bəstəkar Kamal Əhmədov, gənc pianoçu Ülvi Əhmədov
Kamal Əhmədov yaradıcılığında vokal musiqiyə, xalqın ürə-
yindən xəbər verən nəğmələrə, xor əsərlərinə də xüsusi yer ayırır.
Onun qarışıq xor üçün «Fuqa» və bir-birini təkrar etməyən dəyərli
102
melodiyaya, məzmuna malik olan mahnılarında doğma Vətən, onun
bənzərsiz təbiəti, xalqın həyatı tərənnüm olunur.
Bəstəkar Kamal Əhmədov qardaşı oğlu,
gənc pianoçu Ülvi Əhmədovla
Bəstəkar mahnı yaradıcılığında əsasən Naxçıvanlı şairlərin
sözlərinə müraciət edir. Müzəffər Nəsirlinin sözlərinə «Qızlar
bulağı», Həsən Valehin sözlərinə «Qoşa çinar», Yaqub Şirinoğlunun
sözlərinə «Saçlarıma qar da yağdı», «Gözlərinə baxan zaman»,
Qəzənfər Maqsudovun sözlərinə «Zəfər mahnısı», «Anacan»,
Rövşən Əhmədin sözlərinə «Milli ordumuz», Tərifə Şükürqızının
sözlərinə «Bənövşə», digər şairlərin sözlərinə «Unutdun məni», «
Kaman səsi», «Bu yolu seçdim», «Keşmə» və s. maraqlı mahnılar
103
yazmışdır. Onu da əlavə edək ki, «Azadlıq türküsü», «Sevdam»
mahnılarının sözləri bəstəkarın özünə məxsusdur.
Dostları ilə paylaş: |