Нахчыван Мухтар Республикасы Бястякарлар


Kamal Əhmədov və Şəmsəddin Qasımov Naxçıvan Dövlət



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
Kamal Əhmədov və Şəmsəddin Qasımov Naxçıvan Dövlət  
Universitetinin  Konservatoriya binasının foyesində 
 
Kamal  Əhmədov  Bakıda  keçirilən  qurultay,  plenum,  festival 
və  başqa  tədbirlərdə  yeni-yeni  əsərlərlə  çıxış  edir,  musiqi 
xəzinəmizi zənginləşdirir. 


 
105 
YAŞAR XƏLİLOV 
 
 
 
Musiqini  dinləmək,  onu  daxilən  hiss  etmək,  duymaq,  öz 
fikirlərini  bilavasitə  musiqi  dilinə  çevirə  bilmək  istedadına  malik 
olan  insan  çox  xoşbəxtdir.  Bu  kimi  nadir  istedada  malik,  çağdaş 
Azərbaycan  bəstəkarlıq  məktəbinin  istedadlı  və  çalışqan,  orijinal 
yaradıcılıq üslubu olan bəstəkardan biri  Yaşar Xəlilovdur. 
Yaşar  Xəlilov  bir  çox  janrlarda  qələmini  sınamış,  zövqləri 
oxşayan  onlarla  əsərlər  yazmışdır.  Onun  əsərlərində  aydın,  özü-
nəməxsus  dəsti-xətti,  melodik  təsvir  vasitələrindən  çox  böyük 
həssaslıqla faydalanmaq bacarığı parlaq şəkildə nəzərə çarpır. 
Xəlilov  Yaşar  Südeyf  oğlu  1956-cı  ildə  Ordubad  şəhərində 
anadan  olmuşdur.  İlk  musiqi  təhsilini  buradakı  musiqi  məktəbində 
almışdır. Xatırladaq ki, o vaxtlar Ordubadda bir musiqi məktəbi var 
idi.  Gənc  kadrlar  bu  məktəbdə  yetişir,  buradan  pərvazlanıb  böyük 
musiqi aləminə yol alırdılar. 
O da məlumdur ki, insanın bir şəxsiyyət kimi formalaşmasın-
da,  istedad  və  qabiliyyətinin  lazımi  səviyyəyə  yönəldilməsində 
mühitin,  şəraitin  çox  böyük  rolu  var.  Bu  mənada  Ordubad  rayon 
uşaq musiqi məktəbinin  müstəsna əhəmiyyəti var. 


 
106 
Onu  deyək  ki,  sözü  gedən  məktəb  1965-ci  ilin sentyabrından 
Naxçıvan  şəhəri  1  saylı  uşaq  musiqi  məktəbinin  filialı  kimi 
fəaliyyət  göstərirdisə,  1966-cı  ildən  sərbəst  fəaliyyət  göstərməyə 
başlayır. Məktəbin ilk direktoru Həmid Qəniyev, ilk müəllimlərdən 
isə Rəsul Məmmədovun, Kamil Qəniyevin, Tofiq Tağıyevin, Əsəd 
Bayramovun adlarını çəkə bilərik. 
Bu  məktəbdə  xalq  çalğı  alətləri,  fortepiano,  nəfəsli  alətlər, 
simli  alətlər,  zərb  alətləri  və  başqa  şöbələr  fəaliyyət  göstərirdi. 
Yarandığı  gündən  Ordubad  rayonunun    uşaq  musiqi  məktəbində 
professional musiqinin yaradıcı abu-havası həmişə hakim olmuşdur. 
Bu  məktəbin  onlarla  məzunu  Üzeyir  Hacıbəyli  adına  Azərbaycan 
Dövlət  Konservatoriyasını  (indiki  Üzeyir  Hacıbəyli  adına  Bakı 
Musiqi  Akademiyasını),  yüzlərlə  məzunu  isə  orta  ixtisas  musiqi 
məktəbini  bitirmişdir.  Məktəbin  instrumental  muğam  müəllimi 
tarzən  Rəsul  Məmmədov  1977-ci  ildə  Naxçıvan  Muxtar 
Respublikasının  əməkdar  mədəniyyət  işçisi  fəxri  adına  layiq  görül-
müşdür.  Beləliklə,  bu  məktəb  öz  qoynunda  istedadlı  musiqiçilər 
bəsləməklə kifayətlənməmiş, onlara eyni zamanda müstəqil düşüncə 
tərzi,  həyat  hadisələrinə  zamanın  fövqündən  baxmaq  bacarığını  da 
aşılamaq iqtidarında olmuşdur. 
Məhz  bu  musiqi  mühiti  Yaşar  Xəlilovda  musiqiyə  böyük 
maraq  oyatmışdır.  O,  musiqi  məktəbində  tar  sinfində  ixtisas  üzrə 
Kamil  Qəniyevdən,  muğam  üzrə  isə  Rəsul  Məmmədovdan  dərs 
almışdır. Hər iki müəllimin öz sənətlərinə məsuliyyətlə yanaşmaları 
Yaşarda bu sənətə qarşı böyük maraq oyatmış və onun tarzən  kimi 
formalaşmasında  mühüm  rol  oynamışdır.  Hələ  musiqi  məktəbində 
oxuyarkən  xalq  mahnılarına  və  muğamlara  olan  böyük  həvəs  onu 
gələcəkdə  musiqi  təhsilini  davam  etdirməyə  sövq  edir.  Yaşar  eyni 
zamanda  orta  məktəbdə  də  fəal  oxuyur,  əsasən  ədəbiyyata  böyük 
maraq  göstərirdi.  O,  uşaqlıq  illərindən  şerlər  yazır,  gələcəkdə  şair 


 
107 
olmaq arzusu ilə yaşayırdı. Lakin musiqiyə getdikcə artan həvəsi bu 
arzunu tədricən üstələmiş və onu qəti qərara gəlməyə sövq etmişdir. 
Beləliklə,  1972-ci  ildə  Yaşar  Asəf  Zeynallı  adına  Bakı  şəhər 
Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olur. O, həvəslə tar 
çalmağın sirlərinə yiyələnir, öz üzərində çılğınlıqla çalışırdı. Vaxtilə 
musiqi təhsili alan və hazırda bü şərəfli sənətin müxtəlif sahələrində 
çalışan  hər  kəs  yaxşı  bilir  ki,  istedadın  üzə  çıxmasında  orta  ixtisas 
musiqi məktəblərinin, musiqi texnikumlarının əhəmiyyətli təsiri var. 
Bu  mənada  Asəf  Zeynallı  adına  Bakı  şəhər  Orta  İxtisas  Musiqi 
Məktəbi də yarandığı vaxtdan neçə-neçə yeniyetmə gənc istedada, o 
cümlədən  Yaşar  Xəlilova  sözün  əsl  mənasında  yaradıcılıq  fərəhi 
bəxş etmiş, böyük sənətə gedən yolun əsas cığırlarını göstərmişdir. 
Bu məktəbdə oxüdüğü ilk aylardan Yaşarda dünyəvi musiqiyə 
sönməz  maraq  yaranır.  O,  tar  üçün  düşündüyü  ilk  musiqi 
fantaziyalarını  nota  almağa  başlayır.  Yaşar,  çılğın  və  sönməz  bir 
məhəbbətlə yazmaq-yaratmaq istəyirdi. Mirzə Fətəli Axundov adına 
kitabxana  onun  ən  sevimli  və  saatlarla  çalışdığı  yer  idi.  O,  həvəslə 
çalışır,  müxtəlif  dünya  bəstəkarlarının  əsərlərinin  klavir  və 
Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin