Yumurtaların saxlanılması - mikrob olmadıqda belə uzun müddət
saxlanılma nəticəsində yumurtanın tərkibi dəyişilir.: zülal dağılır, sarı hərəkətli
olur.
İyli maddələrin yanında saxlanılma zamanı onlar ətrafdakıların iyisini alır,
hava kamerası böyüyür. Kimyəvi dəyişiliklər də baş veirir: zülallar dağılır,
fosforun miqdarı və digər maddələrin miqdarı azalır ki, bu da yumurtanın
keyfiyyətini aşağı salır. Bu dəyişiliklərin qarşısını yalnız 2-2.5°С temperaturda,
85% nəmlilikdə almaq olar. Belə şəraitdə yumurtanı 6 ay saxlamaq olar.