Virusların təsnifatı. Viruslar kəşf edildikcə onların biologiyası barədə faktik
materiallar da çoxalmış və bu da onları təsnifləşdirməyə imkan vermişdir. Hazırda
virusları təsnifləşdirdikdə 1965-ci ildə mikrobioloqların Moskvada keçirilən
beynəlxalq konqresdə qəbul olunan təsnifatdan istifadə edilir. Bu təsnifatda
nuklein turşuları nəzərə alınmaqla Vira tipi iki yarım tipə bölünür:
1. Tərkibində RNTolanviruslara – Ribovira;
2. DNT-yə malikolanviruslara – Deoxyvira.
7. Bakteriofaqlar
Viruslara yaxın orqanizmlərdən olub ilk dəfə, 1898-ci ildə N.F.Hamaleya
tərəfindən kəşf edilmişdir. O, bakteriyaların naməlum amil tərəfindən duruluşunun
itirildiyini müşahidə etmiş və bunu bakteriolizin adlandırmışdır. İngilis
bakterioloqu Tvort isə 1915-ci ildə stafilokokkların koloniyasının görünüşünü
dəyişən yoluxucu amili – faqı müşahidə etmişdir.
34
Kanada bakterioloqu D’Errel qanlı ishal çöplərini yoluxduran bakteriofaqı
kəşf etmişdir. Tədqiqatlar göstərmişdir ki, bir çox mikroorqanizmlərin özlərinə
məxsus faqları mövcuddur. Bakteriyaların faqları bakteriofaq, şüalı göbələklərin
faqı isə akrinofaq adlanır və s.
Bakteriofaq üç formada olur. Onlar yetkin faq, profaq və vegetativ faq
adlanırlar. Yetkin faq maddələr mübadiləsi aparmır, bakteriyaya toxunaraq,
hüceyrə tərəfindən adsorbsiya olunur. Sonra isə bakterial hüceyrənin əriməsi
nəticəsində faqlar sərbəstləşir və yetkin faqlara çevrilirlər. Profaq isə sahib
hüceyrəni tələf etmir, əksinə onunla müştərək həyat keçirir. Profaq çoxalaraq onu
dağıdır və vegetativ formaya keçir. Hüceyrə üçün qeyri əlverişli şəraitdə profaqı
daşıyan kultura lizogen adlanır və təbiətdə bakteriofaqlar belə kulturalarda öz
nəsillərini qoruyub saxlayırlar.
Bakteriofaqlar vəba, qarın yatalağı, qanlı ishal, difteriya və s. xəstəliklərdə
müalicəvi təsir göstərir. Onlardan cərrahiyyədə də istifadə oluna bilər.
Kimyəvi tərkibinə görə faqlar zülal, nuklein turşuları və lipidlərdən
ibarətdirlər. Onlar viruslar kimi yalnız canlı hüceyrələrdə yaşayıb çoxalırlar.
Bunlardan əlavə təbiətdə yosunlar (Algae) da geniş yayılmışdır. Onlar qida
mənbələri kimi və s. məqsədlərlə istifadə olunurlar.
Göbələklər (Funqi)
Xlorofilsiz ibtidai bitkilərə aid olub göbələklərin 90.000-ə qədər növü
məlumdur. Onlar torpaqda, suda, bitkilərlə müştərək münasibətdə, bir çoxları da
bitki və heyvanlarda müxtəlif xəstəliklər törədirlər.
Göbələklər ən mürəkkəb üzvi maddələrin parçalanmasında mühüm rol
oynayırlar. Yaşayış tərzi ilə əlaqədar olaraq onların vegetativ bədənləri əsasən
mitsell adlanan budaqlanmış nazik saplardan təşkil olunmuşdur.
Göbələklər
tipinə
görə
arximisetlər
(Archmycetes),
fikomitsetlər
(Phycomycetes),
kisəli
göbələklər
(Ascomycetes),
bazidiomisetlər
(Basidiomycetes), natamam göbələklər (Fungi imperfecti) adı altında 5 sinfə
bölünürlər.
35
Birinci və ikinci siniflər ibtidai, üç və dördüncü siniflər isə ali göbələklərə aid
edirdilər.
Mikrobioloji baxımdan marağlı təsərrüfat əhəmiyyətinə malik və təbiətdə
geniş yayılmış kif, maya göbələkləri və bəzi natamam göbələklərin öyrənilməsi
istehsal sahələri üçün vacibdir. Kif göbələkləri (şəkil 1.3) həm ibtidai və həm də
ali göbələklərə aid edilirlər. Onların təbiətdə daha çox yayılmış Mucor, Rhizopus
(şəkil 1.4) nümayəndələri məlumdur. Bir çox nümayəndələri müxtəlif fermentlər
və turşular ifraz edirlər, və üzvi maddələrin parçalanmasında mühüm rol
oynayırlar. Hər iki cinsin müxtəlif növləri meyvə və tərəvəzlərin xarab olmasında
iştirak edirlər.
Şəkil 1.3. Kif göbələkləri:
a – Penicillium: 1 – konidiya daşıyıcı; 2 – budaqlar; 3 – steriqmalar;
4 – konidiyalar;
b – Botrytis: 1 – konidiya daşıyıcı; 2 – budaqları; 3 – konidiyalar;
c – Alternaria: 1 – konidiya daşıyıcı; 2 – çoxhüceyrəli konidiya.
Aspergillus, Penicillium (bax şəkil 1.3), Fusarium, Alternaria və s. cinslərə daxil
olan göbələklərin arakəsməli mitselləri olur və onlar, ali göbələklərə aiddirlər. Bu
göbələklərə aid olan bir çox kif göbələklərinin cinsi çoxalmaları məlum olmadığına
görə bunları natamam göbələklər qrupuna daxil edirlər. Onlar askomitsetlər sinfinin
Plectascales sırasına daxil edilirlər. Bu cinslərin bir çox nümayəndələri torpaqda,
müxtəlif üzvi qalıqlar üzərində konidial dövrdə yayılmışlar. Ona görə də belələri
natamam göbələklər qrupuna daxil edilirlər. Penisillium cinsinin göbələklərində
konididaşıyan çox hüceyrəli olub, üç hissəsində 2-3 dəfə budaqlanır.
36
Bunlardan fərqli olaraq, Aspergillus cinsinin göbələklərinin konididaşıyanı
budaqlanmır, üç hissəsi başcıq və ya qovuq şəklində genişlənir.
Göbələklərin bir çox növlərindən sənayedə müxtəlif antibiotik maddələr alınır
ki, bunlardan da penisillin, notatin, tardin, aspergillin və s. göstərmək olar. Bəzi
penisillium növlərindən isə pendir və s. məhsullar istehsalında istifadə olunur.
Dostları ilə paylaş: |