Brüselloz və ya Malta qızdırması. Xəstəliyin amili olan Brucella melitensis
(Brusella melitensis) əsas etibarı ilə xəstə heyvanlardan, xüsusilə keçi, qoyun südü
və süd məhsulları ilə insanlara keçir. Xəstəliyin amili Brus tərəfindən müəyyən
edilmişdir. Bunlar Brucella cinsinə aid olan qram-mənfi qısa çöpvari (çöp şəkilli)
sporsuz, hərəkətsiz bakteriyalar olub, bəzi hallarda zəif kapsula əmələ gətirirlər. Bu
çöplər uzun müddət yeyinti məhsullarında qala bilər (piydə 70-80 gün, pendirdə
45-60 gün). Çöplər quraqlıq və soyuğa davamlı olub, yüksək temperatur təsirindən
(60-65°C temperaturda 10-20 dəqiqə, 80-90°C-də isə 5 dəqiqə) tezliklə tələf
olurlar.
Bu çöplər endotoksinə malikdirlər. Xəstəliyin inkubasiya dövrü 4-20 gün və
bəzən daha uzun sürür. Mikroblar bacırsaqlardan orqanizmə keçib limfa
vəzilərində çoxalır və sonra qana keçirlər. Xəstəlik əsasən qızdırma ilə, oynaqlar
və əzələlərdə acrılar, ümumi zəifliklə aşkara çıxır və uzun müddət davam edir.
Xəstəliyə qarşı immunitet yaranır. Brüselloz xəstəliyinə müxtəlif heyvanlar –
qaramal, qoyunlar, keçilər və s. tutulur. Qaramalda balasalma xəstəlik üçün
səciyyəvidir. Xəstəliyin qarşısını almaq üçün görülən profilaktik tədbirlərdən
heyvandarlıq təsərrüfatının saclamlaşdırılması, xəstəlik müşahidə olunan
rayonlarda çiy süddən istifadənin qadacan olunması və südün pasterizə olunması
(65-70°C, 30 dəqiqə müddətdə) və s. tədbirlərin görülməsidir.