Qeyri-mikrob təbiətli qida zəhərlənmələri Bu qrup zəhərlənmələr mikrob mənşəli zəhərlənmələr kimi tez-tez baş verməsə
də, çox vaxt ağır keçir və ölümlə nəticələnə bilər.
Belə zəhərlənmələrə aşağıdakılar aiddir:
1. Təbiətcə zəhərli yeyinti məhsullarının: göbələklərin, bəzi yabanı bitkilərin
yeyilməsindən baş verən zəhərlənmələr.
2. Bəzən, yaxud qismən toksik xassələr qazanan yeyinti məhsullarının: kartof
salanini ilə, «sərxoşlaşdırıcı» bal, çəyirdəkli meyvələrin ləpəsi və s. baş verən
zəhərlənmələr.
3. Toksik maddələr əmələ gətirən göbələkcik xəstəlikləri düşmüş yeyinti
məhsullarından baş verən zəhərlənmələr (mikotoksikozlar).
a) Zəhərli göbələklərlə zəhərlənmələr.
Həm sayca, həm də xəstəliklərin ağır keçməsinə görə, qidadan baş verən
zəhərlənmələr içərisində zəhərli göbələklərlə xəstələnmə halları çox böyük yer
tutur.
Solğun əzvay göbələkdən ağır zəhərlənmələr baş verir. Həmçinin
milçəköldürən göbələklərdən, qırmızıbaş və başqa növlər, xoruz göbələyi, yalançı
kötük göbələyi və s. zəhərlidirlər.
Göbələklərlə xəstələndikdə adətən kəskin qastroentrit halları baş verir, sonra
isə bu və ya başqa göbələk növü üçün xarakter zəhərlənmə əlamətləri meydana
çıxır. Məsələn, solğun əzvay göbələklə xəstələndikdə vəbaya bənzər ishal, milçəköldürənlə zəhərləndikdə vegetativ və mərkəzi sinir sisteminin xəstələnməsi
103
əlamətləri, tərkibində helvel turşusu olan xoruz göbələyi ilə zəhərləndikdə sarılıq və hemoqlobinuriyə baş verir.