Ətin seliklənməsi. Hava cərəyanı olmayan soyuducuxana kamerasında
yüksək nisbi rütubətdə saxlanan ətdə və ət məhsullarında seliklənmə müşahidə
edilir. Bu zaman cəmdəyin üzərinə su damlaları düşərək onun nəmliyinı artırırlar.
Bu zaman suda həll olan duz, zülal hissələri cəmdəyin üzərinə çıxır və selik əmələ
gətirən mikroblar üçün şərait yaradırlar. Soyudulmuş ətdə seliyi əsasən
Pscudetonas multistriata, Ps. dermatagenes, Ps. carnea, Bac.viscocus, Bact.candicauc və s. əmələ gətirirlər.