29
Сечмяляр (шеирляр)
MİN BİR NÖVDƏ İMİŞ
İNSANLAR DEMƏ
Min bir növdə imiş insanlar demə,
Bir növü dünyanı bölməyə gəlir,
İblistək güc edir gözlərdə nəmə,
Tökdüyü qanlara gülməyə gəlir.
Bir
növü doğumla ölümə açar,
Anadan olandan ağrıya düçar,
Elə ömrü boyu haqqa əl açar,
Sanki doğulan gün ölməyə gəlir.
Bir növü haqqına eyləyir səcdə,
Allahdan kimsəni görməyir gücdə,
Gözündə
kamildir aqil də, bic də,
Tanrı böyüklüyün bilməyə gəlir.
Bir növü ağrıya çuğlanıb qalır,
Özgə dərdlərinə bağlanıb qalır,
Əzabın özünə dağlanıb qalır,
Axan göz yaşların silməyə gəlir.
Beləcə dünyada növbənöv insan,
Heç işin qulpundan yapışmaz asan,
Ağlı baş içində qaynayan qazan,
Hissə qul ürəyin dəlməyə gəlir.
Şadiman, canına ağrı nə fayda,
Kainat
sirr dolu riyazi qayda,
Bilmir ki, doğulan fani dünyada,
Bir gün haqq qapısın döyməyə gəlir.
09.05.2011
30
Ширин Ханым Кяримбяйли Шадиман
Dostları ilə paylaş: