32
Ширин
Ханым Кяримбяйли Шадиман
DAĞITMAYIN, AMANDIR
Yer də, göy də,
kainat da gözəldir,
İnsan varsa, təbiət də, gözəldir,
Tikir-yıxır,
sökür-qurur, düzəldir,
Bu
bolluğu məhv eləmək, yamandır,
Dağıtmayın bu dünyanı, amandır.
Boyamayın yeri-göyü qaraya,
Kini səpib, nifaq salmın araya,
Məhv olanda kim gələcək haraya?
Yenə fəza karvan-karvan dumandır,
Dağıtmayın bu dünyanı, amandır.
Arzu, istək,
pak amallar, diləklər,
Hələ işdən yorulmayıb biləklər,
Saf
qürurla vurur coşğun ürəklər,
Sürətiylə uçub-qaçan zamandır,
Dağıtmayın bu dünyanı, amandır.
Suyumuz bol, sevgimiz bol,
çörək bol,
İşdən-gücdən yorulmayan möhkəm qol,
Gələcəkdən
müjdə verir gözəl yol,
Ədaləti haraylayan ümmandır,
Dağıtmayın bu dünyanı, amandır.
Körpələr var yer üzündə nə qədər…
Uzaq olsun gözlərindən qəm, kədər,
Eyləməyin arzuları dərbədər,
Onlar bizdən xoşbəxt həyat umandır,
Dağıtmayın bu dünyanı, amandır.
Dostları ilə paylaş: