35
Сечмяляр (шеирляр)
Göyün gürşadı da bu xarı yuyar.
Odur ki, həqiqət duman içində,
Haqq özü boğulur aman içində.
Bu
büllur saraylar şərhi-qəsirlər,
Haqqın fəryadına düşüb əsirlər.
Dağılır min illik altun miraslar,
Bəşərin başına açılır yaslar.
İnsan öz xətasın silə bilməyir,
Yaradan yoluna gələ bilməyir.
Bu dinlər, kitablar nicat yolumu?
Savaşa aparan höcət yolumu?
Didir parçalayır
insan bir-birin,
Heç kəs aça bilmir ağılın sirrin.
Əgər açılsaydı yanan olmazdı,
Hönkürüb ağlayan iman olmazdı.
Dinlərdən doğulan məzhəblər artdı,
Allaha şər atdı, bağrı qanatdı.
Gedir din davası cahanda hələ,
Günbəgün, ilbəil o qalxır zilə.
Əgər Yaradandan yarandıqsa biz,
Bəs niyə bulaşır qana əlimiz?
Əgər Rəbb bəxş etdi cövhər ağılı,
Bəs niyə bizlərə çatmır nağılı?
Ağılla
oturub dura bilmirik,
Günahsız bir dünya qura bilmirik.
Silahlar artıqca, məzarlar artır,
Hiylədən öc alan azarlar artır.
İlahi, etdiyin bir imtahanmı?
İmtahan önündə bizmi, cahanmı?
İnsanın saldığı
şəhər dəyişib,
Bədənin udduğu zəhər dəyişib,
Əyninə
geydiyi paltar dəyişib,
Banglara yığdığı yatar dəyişib.
Ağlının donunu dəyişə bilmir,
Haqqın qanununa öyrəşə bilmir.
Hər gün günahının sayın artırır,
Günahlar içinə özün qatdırır.
Ölməkdən də ağır
yaşamaq imiş,
İnsanlıq adını daşımaq imiş...
Dostları ilə paylaş: