36
Ширин
Ханым Кяримбяйли Шадиман
NƏ OLDU?
El malın talayıb yığma bucağa,
Sərvəti künclərdə qalan nə oldu?
Haram-halal bilmib, qatma ocağa,
Sandığı haramla dolan nə oldu?
Ev yıxıb, qapılar bağlayan da var,
Sinələr, ürəklər dağlayan da var,
Bir
vaxt güldüyünə ağlayan da var,
Nahaq deyən dildə yalan nə oldu?
Mənsəbin, şöhrətin əlindən tutan,
Arxa kölgəsində yüksəyi tutan,
Malını gücsüzün malına qatan,
Özgənin haqqını alan nə oldu?
Dünya keçməyibdi bir gün vaxtından,
Əli qabarlının qara baxtından,
Çox «mənəm» deyəni salıb taxtından,
Torpağı çəpərə salan nə oldu?
Xeyir-şər bilməyib, şadam, deyənlər,
Elin artığından tapıb yeyənlər,
Sutək
axar işin yolun əyənlər,
Qonşunun yasında çalan nə oldu?
Həyat imtahanı çətindən-çətin,
O duyan qəlbidi bəşəriyyətin,
Özgəyə tuşlanan çirkin niyyətin,
Miskin sinəsində solan nə oldu?
Ocaq keçirənin ocağı sönər,
Addımı
enişdən yoxuşa dönər,
Hiyləylə ucalan, fitnəylə enər,
«Mənəm» xəyalına dalan nə oldu?
37
Сечмяляр (шеирляр)
Zaman addımlardan qəsir ucaldıb,
Dünən qaldırdığın, bu gün alçaldıb,
Şüurla ürəyi birgə qocaldıb,
Özgə bostanın yolan nə oldu?
Çox cahangirləri kor eləyibdi,
Haqqın qulağına düz söyləyibdi,
Böhtan danışanın
dilin əyibdi,
Sərvətlər üstündə talan nə oldu?
Dünya düşünəndi, dünya həyalı,
Düzə təbiidir, pisə boyalı,
Çarpışar, döyüşər evin əyalı,
İlantək bir-birin çalan nə oldu?
Ömür edir qananı, qanmayanı da,
Ürəkdən yananı, yanmayanı da,
Addımı ananı, anmayanı da,
Gedənlər getdisə, olan nə oldu?
Dünyanın malını qamarlayanlar,
Sərvətin sandığda tumarlayanlar,
Çirkin niyyətləri hamarlayanlar,
Ac qarın dərdində kalan nə oldu?
Açıq qapıları
üzə bağlayan,
Hiyləni, fitnəni gözə bağlayan,
Min bir yalanları sözə bağlayan,
Haqq dili susdurdun, balan nə oldu?
Şadiman, dəryanın
sirləri min-min,
Acizdir önündə yüz elm, yüz din,
Sən ki, hər addımda, haqq mənəm, dedin,
Düzlükdən tikdiyin qalan nə oldu?
Dostları ilə paylaş: