38
Ширин
Ханым Кяримбяйли Шадиман
ADAMIN SÖZÜNÜ GÖYƏRDƏRLƏR
Adamın
sözünü göyərdərlər,
İçindəki dözümü göyərdərlər,
Səbrinin canını dərərlər,
Haqqın ayaqlar altına sərərlər,
Belədir qayda,
Bu dünyada.
***
Fələyin
əlində ələyi,
Öldürüb-dirildir diləyi,
Zülmət gözü yaşlı mələyi,
Yatırır qucağında ürəyi,
Haqqı haya-hayda,
Bu dünyada.
***
Sözümüz dilimizə yağı,
Çəkir bəzən sinəmizə dağı,
Pozulur hərdən bəşərin növrağı,
Qızanda gözümüz görmür sol-sağı,
Gah toyda,
gah vayda,
Bu dünyada.
***
Kimimiz milyonlar içində üzürük,
Dünənimizi unudub, hamını
yuxardan aşağı süzürük.
Özümüzü dahi sanıb,
başqasına ağız büzürük.
Günümüzün möhnət dəryasında üzürük,
Zaman
ömrümüzü saya-sayda,
Bu dünyada.
***
Olmasa adamın adamı,
Başına uçub tökülər damı,
Sönər bəxtinin şamı,
Gözündə qalar kamı,
Yatana nə çatar röyada?
Bu dünyada.