206 ШиринХаным Кяримбяйли Шадиман
*** Bülbülü satdı gül, eyvah, təzədən xarə yenə,
Yenidən vurdu hicir könlümə min yarə yenə.
Olacaqdırmı mənə bilməm haçan ağ gün qismət?
Günlərim bəxtimə bənzər, niyə bəs qarə yenə?
Yenə də məş’əl kimi yanmaqdadı qəlbim qəmdən,
Üz tutub bilməyirəm mən ki, gedim harə yenə?
Düşünürdüm dözəcəkdir ürəyim həsrətinə,
Tuş olub dərdə onun hər tərəfi parə yenə.
Şadimana, kimə nə qüssəvü-dərd eləyirəm?
Dərdimə kimsə mənim eyləmədi çarə yenə.
03.12.1997 *** Yanıram hər gecə o zülfü-pərişanım üçün,
Düşürəm heyrətə gündüz-gecə əfğanım üçün.
Bir canım var onu cananıma qurban elədim,
Olsa min canım əgər, verrəm o cananım üçün.
Çəkilir ərşə yuxu, yatmayıram mən gecələr,
Mənə kim rəhm edəcək bu acı hicranım üçün?
Tanrı bəxş etmiş idi yarı mənə, incitmişəm,
Yarı candan ayıran yağıyam öz canım üçün.
Şadimana, niyə həsrət səni öldürmədi bəs?
Mən ki, ömür edirəm, əhd ilə peymanım üçün.
12.05.1997