|
Ширин Ханым Кяримбяйли Шадиман
***
212
Ширин Ханым Кяримбяйли Шадиман
***
Hər kəsin qismətinə aləmdə bir can yaraşır,
Canla peyman eləyən hicr oduna an yaraşır.
Elə sərkəştəliyi qoymamışam cana yovuq,
Ki edə könlə zülüm, hər zülümə qan yaraşır.
Kimsənin eşqi məni yaxmadı səndən savayı,
Parə-parə qəlbimə indi də dərman yaraşır.
Məni divanəliyim saldı məhəbbət oduna,
Belə divanəliyə şəfai-loğman yaraşır.
Gəlir həsrət yuxusu gözümə etmir bir əlac,
Gecəni sübhə qədər əhd ilə peyman yaraşır.
Dağ ola çəkməz əgər bir belə hicran yükünü,
Elə ki, mən çəkirəm bu yükə sərban yaraşır.
Şadiman, sanma belə kimsəni suçlu bu işə,
Özün etdin bunu bəs, etdiyinə man yaraşır.
Dostları ilə paylaş: |
|
|