*** Bas qədəmin könlümə ey ruxsari canım mənim,
Dili’rəvan, özü pak aləmdə ünvanım mənim.
Nə qədər cövr eləsən eyləmərəm şəkkə nida,
Hicrinlə gəlsə əgər bir öylə divanım mənim.
Səndən qeyri qəlbimi ram etməyi cəhd qılmasın,
Çün səninlə başlayır hər sübhüdə anım mənim.
Dərdə düşən könlümü eşqinlə eylərsən şəfa,
Ağrıyan ürəyimə səndəndir dərmanım mənim.
Canımın ayinəsi, boylan bir sevdana sarı,
Səndən gəlir eşqimə pozulmaz fərmanım mənim.
213 Сечмяляр (шеирляр)
Hər yetəni qəlbimə dünyada heç tay tutmadım,
Olmasan yar könlümə, qəm olar mehmanım mənim.
Şadimanı sanma ki, bir kimsəyə üzün tuta,
Öylə səcdəyə düşüb mehrində imanım mənim.