219
Сечмяляр (шеирляр)
***
Könlüm dildən incik düşüb,
ürək bilir, can bilməyir,
Zaman qanad açıb quştək,
fələk bilir, an bilməyir.
Çox dolaşdım göy üzünü, bulmadım
heç ruhu orda,
Ruhun odu canımdaymış, mələk bilir, qan bilməyir.
Sirr
içində göylər, yerlər, baş açanın başı çatlar,
Hamı mizrab tərəzidə kələk bilir, san bilməyir.
Doğulandan tən içində çapalayır
bəndə əhli,
Sabah təki zühur edir,
dilək bilir, dan bilməyir.
Şadimanı çox dinlətdi bu dünyanın sehirləri,
Xeyri
şərə çatan başlar kələk bilir, qan bilməyir.
Dostları ilə paylaş: