308
Ширин Ханым Кяримбяйли Шадиман
Üzünün
çöhrəsi tufandan betər,
Yenə başlamısan, sən Allah, yetər!
Bilmirəm kefini nə ilə alam?
Dözürəm
hər cəngə, mən Rüstəm-zalam!
Axı tək deyilik bu el içində,
Qonşuların
dili niyə, neçində?
Sənin Ərqayayla məhəbbətin car,
Həya yaxşı
şeydir el, camaat var.
Qardaşın nə vaxtdı üzümə baxmır,
Məni də heç yerə daha buraxmır.
Nəzir-niyaz ilə bir qızımız var.
Firavan günümü eyləmisən tar.
Sevgi də, eşq də bir quru sözdür.
Axı qonum-qonşu bu evə gözdür.
Lamiyə
Mənim gözəl bibim bir nağıl söylə,
Nədən pərişanlıq bu qədər böylə?
Bu evdə tək sənsən qəlbimə yaxın,
Qüssəni, kədəri buraxma yaxın.
Dostları ilə paylaş: