321
Сечмяляр (шеирляр)
(pıçıltıyla)
Süsəndən nigaran yalnız ürəyim,
Rəbbim, qoyma qalsın qəlbdə diləyim,
Toyu
təmtaraqla bir başa vuraq,
Biz dostdan, tanışdan ucada duraq.
Heç bir arzu deyil daha gərəyim.
Süsən (halı son dərəcə qarışıq halda öz-özünə
pıçıltılarla)
Aman, ya Rəbbim, imdad fələyim,
Qızıllar,
altunlar barmaqlar bəzər,
Ürək Ərqayanın sevgisin gəzər.
Sevgilim yəqin ki,
indi qüssəli,
Eyvah, əllərimə yetməyir əli.
Bu mənim toyumdur, bu şan,
bu şöhrət,
Qara taleyimi alıb fəlakət.
Bu gecə özgəyə yar olmalıyam,
Saralıb çiçəktək mən solmalıyam.
Altunşah bilmir ki,
içdiyim dərman,
Bu gün ölümümə verəcək fərman.
Artıq ürəyimdə bulanmalar var,
Başıma olubdu dünya tamam dar.
Altunşah
Ah, Süsən,
sevgilim, bu təmtəraqlar,
Xoşbəxt səadəti sevgi varaqlar.
Mən səni qızıla tutacam, yarım,
Ömürlük sənindir sərvətim, varım.
Dostları ilə paylaş: