322
Ширин
Ханым Кяримбяйли Шадиман
(Bu zaman Altunşah Süsənin əlindən tutub ortaya
çəkir. Süsən qol götürüb oynayanda Ərqayanın xəyalı
gözləri önündə canlanır və bayılır. Ara qarışır, toyda
cəh-cəlal pozulur…)
Narınıc xala (ağlar)
Məni eşitmədi Altunşah, Allah,
Qız ölsə nə deyər xalq mənə sabah?
Gəlin başqasının eşqiylə yanır,
Mənim harın oğlum sevgi nə qanır?!
Qızlar tükənibmi bu məmləkətdən?
Mən necə qurtulum bu fəlakətdən?
Süsən camaatın gözü qarşısında axır anlarını yaşayır. Acqa-
rına içdiyi dərmanlar artıq qanına zəhərlənmə vermişdi.
Süsən (can üstə)
Aman, ulu Tanrım, axır ki ölüm,
Bitdi bu əzablar, bitdi bu zülüm.
Yetiş imdadıma, yetiş Ərqaya,
Allah,
özü məni tuş etdi vaya,
Mənim
səadətim məzarda başlar,
Boğmasın Lamiyə gözünü yaşlar…
Dostları ilə paylaş: