Başını əlləri ilə tutur və Süsənin meydinin üstünə yıxılır.Toyu gizli seyr edən Ərqaya Süsənin onun üçün naməlum olan ölümündən dəhşətə gəlir. O dəli qəhqəhələrlə sevgilisinin meydi üstündə fəryad edir… Ərqaya (dəhşət içində hönkürür) Dünya ağlar ölümlərdən, ey Allahım, imdad vaxtı,
Cana gəldim zülümlərdən, zəmanədən min dad vaxtı.
Çəkilibdi qəlb içinə dağ-düyünün hesabı yox,
Bu naqəfil sitəmlərdən ürəklərin heç tabı yox.
Sevgim, hissim, eşqim öldu zalımların sitəmindən,
Uçub könül sarayım da bəd dillərin pis təmindən.
Yandım, külə döndüm, Allah, can bədənin dustağıdır,
Bu cahillik, ilan təki zəhərləyən, qəm tağıdır.
Ey insanlar, gülmün eşqə, ürəklərin sultanı o,
325 Сечмяляр (шеирляр)
Suçu məndə aramayın, bəxtimin ən xoş anı o.
Bir deyən yox, ey Ərqaya, niyə gəldin bu cahana?
Süsən düşüb torpaqlara, nə qəsd etdi şirin cana…?