67
Сечмяляр (шеирляр)
İndi Qarabağın matəm içində,
Ordakı yerlilər sitəm içində,
Haylar
soy-kökünü şərlə biçində,
Öz qara bəxiylə dolan Albanya,
Ağrısın tarixə salan Albanya.
Haylar torpağını Hayıstan etdi,
Terrorla, qırğınla yurdu qan etdi,
Uddu tarixini,
mərama yetdi,
Qıpçağın, udinin balan, Albanya,
Ağrısın tarixə salan Albanya.
Səndə iyrmi altı el birləşirdi,
Əlli iki hərfli dil yerləşirdi,
Bəxtinə çarların
sehri düşürdü,
Çökdü taxtı-tacın, qalan Albanya,
Ağrısın tarixə salan Albanya.
Biz uzaq düşdükcə keçmişimizdən,
Düşmən xəta yapdı hər işimizdən,
Bizim unutqanlıq vərdişimizdən…
Bu dərdlər olubdu bəlan Albanya,
Ağrısın tarixə salan Albanya.
Demirəm biz xaça qayıdaq indi,
Deyirəm,
olmuşu oyadaq indi,
Deyirəm, haqq desin dil-dodaq indi,
Deyirəm, dur, yurdu dolan, Albanya,
Ağrısın tarixə salan Albanya.
Şadiman ah ilə bu dərdi yazar,
Çəkdiyin sitəmə eyləyər həzar,
Sənə
dağ çəkənə yar olsun məzar,
Öz əsir laylasın çalan Albanya,
Ağrısın tarixə salan Albanya.
Ağrısın tarixə salan Albanya.
Dostları ilə paylaş: