Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 94
www.elkhan-suleymanov.az kompensasiyanın ödənilməsinə iddialı olduqları bildirilmiş-
dir. Eyni zamanda məruzədə Azərbaycanda özəlləşdirilməmiş
təşkilatların, xüsusən də Dövlət Neft Şirkətinin gəlirlərindən də
ermənilərə kompensasiya ödənilməsi kimi iddia irəli sürülür.
Məruzədə Azərbaycanda neft-qaz istehsalı və ixracı sahəsində
fəaliyyət göstərən xarici şirkətlər və qarışıq kapitala malik olan
şirkətlərin də erməni qaçqınlara kompensasiya ödəmələri iddi-
ası da öz əksini tapıb. Məruzədə həmçinin erməni qaçqınlara
xüsusi olaraq vurulmuş mənəvi zərərin miqdarının hesablan-
masının zəruriliyi də göstərilir (!) [76]
Üçüncüsü, işğal nəticəsində Azərbaycana dəymiş maddi və
mənəvi zərərin ödənilməsi probleminin gündəmə gətirilməsi
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizam-
lanmasında Azərbaycan tərəfinin sübutedici bazasının ədalətli
olmasını bir daha təsdiq edir və gücləndirir. Bu isə Ermənistanla
aparılan informasiya və diplomatiya müharibəsində vacib
amillərdən biridir.
Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və
Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi
məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr
1974-cü ildə qəbul etdiyi “Təcavüzün tərifi” adlı 3314(XXIX)
saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, “təcavüzkar
müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı
beynəlxalq məsuliyyət doğurur [77].
Təcavüz aktının törədilməsi soyqırım, irqi ayrı-seçkilik, etnik
təmizləmə, aparteid, humanitar faciə və s. kimi cinayət əməlləri
kimi BMT Nizamnaməsi və digər vacib beynəlxalq sənədlərin
pozulmasına yönəlib və dünya birliyi dövlətləri tərəfindən
beynəlxalq cinayət kimi tövsif edilir. Məhz bu səbəbdən təcavüz
cinayəti soyqırım cinayəti, müharibə cinayətləri və insanlığa
qarşı cinayətlərlə bərabər Roma Statutunun 5-ci maddəsinə
əsasən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid
edilmişdir [78].
Qeyd edilməlidir ki, bu beynəlxalq cinayət əməllərinin
törədilməməsi öhdəlikləri bütövlükdə dünya birliyi dövlətləri