altı yüz səksən dörd milyon) ABŞ dolları (3,7 milyard manat)
məbləğində vəsait xərclənmişdir. Bu xərclərin 740 milyon ABŞ
dolları beynəlxalq humanitar təşkilatlar tərəfindən, digər hissəsi
isə (3,944 milyard dollar) Azərbaycanın dövlət büdcəsindən və
Dövlət Neft Fondunun hesabından ayrılmışdır [74].
İşğal nəticəsində Azərbaycanın təbii sərvətlərinə və eko-
logiyasına vurulmuş zərərin miqdarı da həddindən artıq bö-
yükdür. Hərbi əməliyyatlar gedişatında və ərazilərin işğalı
nəticəsində Azərbaycanın təbiətinə əvəzolunmaz zərər yetiril-
mişdir. Azərbaycanın işğal olunmuş ərazilərində flora və fa-
una nümunələrinin təbii yaşayış mühiti məhv edilməkdədir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Na-
zirliyinin təxmini hesablamalarına görə, Ermənistan tərəfindən