Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 25
www.elkhan-suleymanov.az Göstərilir ki, bu regionda Azərbaycan Respublikasının hüdud-
ları çərçivəsində özünüidarəetmənin effektiv demokratik siste-
mi üçün imkan yaradılacaqdır. Sənəddə həm də xüsusi qeyd
olunur ki, Azərbaycan Respublikasının ərazilərinin işğal olun-
ması nəticəsində yaranmış vəziyyətin qanuni olmasını heç bir
dövlət tanımamalıdır və belə vəziyyətin saxlanılmasına kömək
və ya yardım etməməlidir.
Qeyd etmək lazımdır ki, bu qətnamə birdəfəlik xarakter
daşımır. Qətnamənin 8-ci bəndində BMT Baş Katibindən bu
qətnamənin həyata keçirilməsinə dair hərtərəfli məruzə təqdim
edilməsi xahişi əks olunmuşdur. Bundan əlavə, qətnamənin
9-cu bəndi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”
adlı məsələni Baş Məclisin 63-cü sessiyasının gündəliyinə salın-
masını nəzərdə tutur.
Onu da qeyd etmək lazımdır ki, bu qətnamələrlə yanaşı BMT
Baş Assambleyası, Ermənistanın və onun himayədarlarının
bütün əks hərəkətlərinə, tədbirlərinə baxmayaraqGUAM
ölkələrinin təşəbbüsü ilə qaldırılmış keçmiş SSRİ ərazisində
dondurulmuş münaqişələr haqqında “GUAM məkanında
dondurulmuş münaqişələr və beynəlxalq sülhə, təhlükəsizliyə
və inkişafa onların təsiri” adlı məsələnin 61-ci sessiyanın
gündəliyinə salınması haqqında qərar qəbul etdi [23]. Sonra-
dan bu məsələ BMT-nin Baş Assambleyasının 62-ci, daha son-
ra 63-cü və 64-cü sessiyalarının və yenidən 65-cü sessiyasının
gündəliyinə salındı.
Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar
ki, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi
sənədlərində:
- Dağlıq Qarabağ Azərbaycanın bir regionu kimi tanınır.
BMT-nin sənədlərində birmənalı olaraq Dağlıq Qarabağ regio-
nunun Azərbaycana mənsub olması təsdiq edilir;
- Azərbaycan ərazilərinin işğal olunması faktı etiraf edilir;
- aparılmış etnik təmizləmə nəticəsində Azərbaycan
əhalisinin qovulmasından sonra Dağlıq Qarabağ ərazisində
qalmış əhali mövcüd olmayan “Dağlıq Qarabağ xalqı” kimi