Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 5
www.elkhan-suleymanov.az 1. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi et-
nik azərbaycanlı ların 1988-1989-cu illərdə cəmi bir neçə ay
ərzində öz tarixi torpaqları olan indiki Ermənistan Respublika-
sı ərazisindən deportasiyası və bu dövlətin zor tətbiq etməklə
yeni ərazilər əldə etmək siyasətinin davamı kimi Azərbaycan
Respublikasına qarşı silahlı təcavüzü nəticəsində baş vermişdir.
Qeyd edilməlidir ki, Azərbaycana qarşı silahlı təcavüz ölkənin
Dağlıq Qarabağ bölgəsində erməni separatçı qrupların hüquqa-
zidd hərəkətləri ilə başlanmışdır. Ermənistanın hakimiyyət or-
qanları isə separatçıların bu əməllərini özlərinin beynəlxalq hü-
quq normaları ilə ziddiyyət təşkil edən qərarları ilə dəstəkləmiş
və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşdür. Bu
qərarlar sırasında Ermənistan SSR Ali Sovetinin “Ermənistan
SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1 dekabr
1989-cu il tarixli qərarı və Ermənistanın dövlət suverenliyi haq-
qında 23 avqust 1990-cı il tarixli bəyannamə xüsusilə vurğulan-
malıdır. Ermənistan tərəfindən qəbul edilmiş beynəlxalq hüquq
normaları ilə ziddiyyət təşkil edən həmin sənədlərə görə, digər
bir dövlətin ərazisinin bir hissəsi - Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsi “Ermənistan Respublikasının ayrıl-
maz hissəsi” elan edilirdi. Ermənistan SSR Ali Sovetinin qeyd
edilən qərarları bu dövlətin silahlı qüvvələrinin Azərbaycan
Republikasına qarşı silahlı təcavüzü nəticəsində reallaşdırıldı.
Azərbaycana qarşı silahlı döyüşlərə muzdlulardan ibarət silah-
lı qeyri-qanuni birləşmələr geniş cəlb edilmişdi. Bununla ya-
naşı, Ermənistanın silahlı təcavüzü bu dövlətin xüsusi xidmət
orqanlarının və beynəlxalq erməni terror təşkilatlarının tək
cəbhəyanı və sərhədyanı ərazilərdə deyil, eyni zamanda cəbhə
və sərhəd xətlərindən uzaqlarda Azərbaycan xalqına qarşı ter-
ror əməliyyatlarının kəskin şəkildə intensivləşməsi fonunda