Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə42/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   38   39   40   41   42   43   44   45   ...   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
41
www.elkhan-suleymanov.az
Nazirlər Şurası ATƏM-in bütün iştirakçı dövlətlərini və bütün 
maraqlı  tərəfləri  beynəlxalq  nəzarət  altında  olan  təhlükəsiz 
dəhlizlər daxil olmaqla surətli və effektiv vasitələrdən istifadə 
edərək,  humanitar  yardımla  ona  ehtiyacı  olanların  təmin 
edilməsi üçün bütün lazımi addımların atılmasına təkidlə ça-
ğırdı.  Nazirlər  Şurası  Ermənistan  və  Azərbaycanın  ATƏM-in 
fəaliyyətdə  olan  sədrinin  bu  regiona  missiyasına,  həmçinin 
ATƏM şurasının razılaşdığı bütün fəaliyyətə tam kömək etmək 
öhdəliyini nəzərə aldı və məsələnin davamlı, sülh yolu ilə həll 
olunmasına nail olmaq məqsədilə hər iki tərəfi bu öhdəliyi fəal 
şəkildə yerinə yetirməyə dəvət etdi [36]. 
1994-cü ilin dekabrında Budapeştdə ATƏM üzvü olan  ölkə-
lərin  dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşü ke-
çirildi. Zirvə  toplantısının iştirakçıları  Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsini də müzakirə edərək bu barədə 
qəbul olunmuş sənədlərə müvafiq bölmənin salınmasına razı-
lıq verdilər. Dağlıq Qarabağ münaqişəsinə bu sənədin Regional 
Məsələlər hissəsində "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 
ATƏM-in  fəaliyyətinin  intensivləşdirilməsi"  adlı  bölmə  həsr 
edilmişdir. Bu bölmədə tərəflər arasında atəşkəsin əldə edilməsi 
alqışlanır və ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk Konfran-
sı həmsədrlərinin təyin edilməsi tapşırılmışdır. Sənəddə deyilir: 
“Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən 
insan  faciəsindən  təəssüfləndiklərini  ifadə  edərək,  iştirakçı 
dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Fede-
rasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də 
razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiyini  al-
qışlayırlar. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şu-
rasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqləyir və 
ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş 
səylərinə  Təhlükəsizlik  Şurasının  göstərdiyi  siyasi  dəstəyi  al-
qışlayırlar.  Bu  məqsədlə  onlar  münaqişə  tərəflərini  birbaşa 
əlaqələr daxil olmaqla məsələnin mahiyyətinə dair daha inten-
siv danışıqlara çağırırlar. Bu mənada onlar ATƏM-in səyləri və 
köməyini ikiqat gücləndirəcəklərinə söz verirlər. Onlar ATƏM-



Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin